Naxışlı dırmanantəlxə

Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ.

Naxışlı dırmanantəlxə
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Naxışlı dırmanantəlxə
Beynəlxalq elmi adı

Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur.

Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayətiSamara vilayəti), Ukrayna, Şimali İran, ƏfqanıstanCənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir.

Cavan naxışlı dırmanantəlxə

Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər. Səhralar, yarımsəhralar, İynəyarpaqlı və qarışıq meşələrdə yayıla bilirlər. Üstəlik Tuqay meşələri, qamışlıqlarda, bataqlıqlarda, soranlıq və Takır, Barxanlarda belə rast gəlinir. 3600 m hündürlüyə malik ərazilərdə belə görünürlər.

Qidalanmasına gəldikdə kiçik gəmiricilər, balqlar, cücülər, ilanlar və quşlarla qidalanırlar. Bəzən quş yuvalarına daxil olaraq onların yumurtalarını udurlar. Bəzən hannibalizm belə müşahidə edilir. Şikarlarını baş hissədən uzurlar

Gündüz həyatı sürür. Qışlama sentyabr-oktyabrdan aprel ayına qədər davam edir. Cənub ərazilərdə isə fevralda belə onları görmək olar. Çütləşmə dövrü aprel-may bəzən isə iyun ayına qədər belə davam edir. 5–25 olmaqla yumurta qoya bilirlər. Onların hətta kollektiv yumurta qoyması qeydə alınmışdır. Bu kollektiv yuvalarda 120 yaxın yumurta aşkarlanmışdır. Balalar iyuldan sentyabr ayına qədər yumutadan çıxırlar. Onların uzunluğu 18–25 sm və 2,8–9,3 q çəkiyə malik olurlar. İlk olaraq yetkin fərdlər qışlamağa gedir.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]