Mehmed Şövkət Əfəndi

Mehmed Şövkət Əfəndi (5 iyun 1872, Dolmabağça sarayı, İstanbul ili22 oktyabr 1899) — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi.

Mehmed Şövkət Əfəndi
يوسف عزت الدين أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (27 yaşında)
Dəfn yeri Sultan Mahmud türbəsi
Fəaliyyəti pianoçu, donanma zabiti[d]
Atası Əbdüləziz
Anası Neşərək Qadınəfəndi
Həyat yoldaşı Fatmayı-nur xanım
Uşağı Mehmed Cəmaləddin Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Şahzadə Mehmed Şövkət Əfəndi 1872-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləziz, anası isə onun üçüncü xanımı Neşərək xanım idi. 4 yaşında ikən atası taxtdan devrilmiş və bir neçə gün sonra şübhəli olaraq ölü tapılmışdı. V Muradın qısa səltənətinin ardından Ortaköydəki köşkdə yaşamağa başlayan Mehmed Şövkət Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Seyfəddin Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim ƏfəndiZəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 3 aprel 1890-cı ildə Fatmayı-nur xanımla evləndi və bu evlilikdən 1 oğlu dünyaya gəldi. Sultan Əbdüləzizin oğul nəsli məhz onun ailəsindən törəyib. Məzarı Sultan Mahmud türbəsindədir. Məzar daşının üzərinə aşağıdakı yazı yazılmışdır:

Cennet mekân Sultan Abdülaziz Han Hazretlerinin mahdum-ı mükerremleri Şevket Efendi Hazretlerinin ruhuna Fatiha. Tarih-i veladetleri 1284 Sene-i Hicriyye, Tarih-i vefatları 17 Cemaziyelevvel 1317 ; 10 Teşrinievvel 1315

3 aprel 1890-cı ildə Ulduz sarayında Fatmayı-nur xanımla (d. 2 yanvar 1873, Balıkəsir — ö. 1935, İstanbul) evləndilər. 1 övladı oldu: