Əminə Sultan (24 avqust 1874, İstanbul – 30 yanvar 1920, İstanbul) — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır.
Əminə Sultan | |
---|---|
ايمين سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 avqust 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar 1920 (45 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Əbdüləziz |
Anası | Neşərək Qadınəfəndi |
Həyat yoldaşı | Mehmed Şərif Çavdaroğlu |
Uşağı | 1 |
Ailəsi | Osmanlı xanədanı |
Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Əhməd Şükrü Paşanın oğlu Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir. Vəfatlarına qədər yaşadıqları bu köşk 1935-ci ildə dağıdılmışdır. Əminə Sultan 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə Selanikə sürgün edildi. 1912-ci ildə Selanikin yunanlar tərəfindən işğal edilməsi səbəbilə İstanbula geri döndü. Atasının digər xanımlarından olan qardaşı Yusif İzzəddin Əfəndinin 1916-cı ildə intihar etməsilə ağır travma almış, özünü yaşadığı köşkün hovuzuna atmaq istəmişdir.[1] Əminə Sultan 30 yanvar 1920 tarixində vəfat etmişdir.