Filmdə Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edildiyi nümayiş olunur. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər.
Neft simfoniyası | |
---|---|
Fayl:Neft simfoniyası (film, 1933).jpg | |
Janr | sənədli film |
Rejissor | Boris Pumpyanski |
Baş rolda | Əlisəttar Məlikov — neftçi |
Operatorlar |
Boris Pumpyanski Muxtar Dadaşov |
Bəstəkar | S.Paniyev |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 1933 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
Dillər | səsli, mətnsiz, ingilis dilində |
Texniki məlumatlar |
2 hissə 351 metr |
Rəng | ağ-qara |
Səsli filmdə neft mövzusu poetik aspektdə öz həllini tapmışdır. Musiqinin təntənəli sədaları altında neft fontan vurur, fəhlələr buruq qururlar, neft ram edilir. Sonrakı kadrlar neftçilərin istirahətinə, onların bayramına həsr olunmuşdur.