Nemət Baş

Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas.

Nemət Baş
türk. Nimet Baş
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1965(1965-03-02) (59 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, hüquqşünas, vəkil, nazir

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub.

Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib.

Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub. 22 iyul 2007-ci il parlament seçkilərində AKP-dən İstanbul üzrə təkrar millət vəkili seçilib. 2009-cu il mayın 3-də keçirilən kabinet dəyişikliyində Türkiyə Cümhuriyyətinin milli təhsil naziri təyin olunub.

  1. Ömər Karslı. "Ayrılığın nedeni evlilik yorgunluğu" (türk.)). Vətən. 17 iyul 2011. 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]