Vətən (qəzet)

Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı.[1]

Vətən
Növ həftəlik
Format A3
Təsisçi Namiq Muradov
Baş redaktor Namiq Muradov
Yaranma tarixi 22 aprel 2002 (22 il əvvəl) (2002-04-22)
Dil Azərbaycanrus dilləri
Nəşrini dayandırıb 15 noyabr 2007
Səhifə 8 (16)
Baş ofis Marı Respublikası, Yoşkar-Ola şəhəri, Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq
Şəhər Yoşkar-Ola
Ölkə Rusiya
Tiraj 5 000 (2002 tarixinə görə)

Rusiyada Azərbaycanrus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur.

“Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir.

Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, ÇeboksarıYoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.

Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir.

Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır.

Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.

  1. Ramin Məmmədov. Rusiyada Azərbaycan mühacirət mətbuatı, Bakı: “Ziya” nəşriyyatı, 2018, s. 292-294