Nera-Beuşnitsa Milli Parkı

Nera-Beuşnitsa Milli Parkı (rum. Parcul Naţional Cheile Nerei-Beușniţa ) - Rumıniyanın qərbində, Karaş-Severin judetstində yerləşən milli park.[2][3] Park eyni adlı dərə ərazisində yaradılıb. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasına daxildir.

Nera-Beuşnitsa
rum. Parcul Naţional Cheile Nerei-Beușniţa
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 367,58 km²
Yaradılma tarixi 2000, 1990[1]
Yerləşməsi
44°57′04″ şm. e. 21°53′17″ ş. u.
Ölkə  Rumıniya
Nera-Beuşnitsa xəritədə
Nera-Beuşnitsa
Nera-Beuşnitsa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Milli park ölkənin cənub-qərb sərhəddində, Anina dağından cənubda yerləşir. Qoruq Nera çayının orta axarlarını, Bey çayının isə yuxarı axarlarını əhatə edir. 6 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir. Parkın ümumi sahəsi 36,758 hektardır. Ərazi dağlıq relyefi ilə seçilir (dağ zirvərələri, sirklər, yarğanlar, mağaralar, dərələr, kanyonlarşəlalələr). Milli parkda müxtəlif fauna və flora nümunələri qorunur və onlardan bəziləri nadir və endemik hesab olunur. Park ərazisinə Nera-Beuşnitsa, Juara dərələri, Buqar, Nerey şəlalələri daxildir. Park ərazisinin hündürlüyü 200-1116 metr arasında dəyişir. Əsas çay dərəsinin uzunluğu 22 km-dir.

Ərazinin iqlimi mülayim-kontinentaldır. Qışı mülayim, yayı isə isti keçir. Temperatur amplitudu aşağıdır. Yağıntı miqadarı yüksəkdir. Yay ayarında aralıq dənizi iqlimi təsiri altında olur.

Nera çayı onlarca kiçik qollara malikdir. Çay dərəsi boyu mağaralara, karst göllərinə rast gəlmək mümkündür. Ölçüləri çox böyük deyil. Ən mənzərəli karst gölləri Ochiul BeiuluiLacul Draculuiadır.

Qorunan ərazidə olan fauna və flora özündə avropa, orta avropa və avrasiya elementlərini birləşdirir.[4] Meşə örtüyü əsasən ağac və kollardan ibarətdir: yay palıdı, vələs, meşə fıstığı, adi göyrüş, avstriya palıdı, giləmeyvəli qaraçöhrə və s.

Məməli heyvanları: qonur ayı, maral, avropa cüyürü, çöl donuzu, canavar, tülkü və.

  1. Nationally designated areas (CDDA) (ing.).
  2. protectedplanet.net - Cheile Nerei-Beuşniţa National Park, located Arxivləşdirilib dekabr 3, 2013, at the Wayback Machine; retrieved on June 4, 2012
  3. eunis.eea.europa.eu - Cheile Nerei-Beu.niţa National Park[daimi ölü keçid]; retrieved on June 04, 2012
  4. natura2000.mmediu.ro - Cheile Nerei - Beuşniţa Arxivləşdirilib dekabr 29, 2015, at the Wayback Machine; retrieved on June 05, 2012