Qalça-qarınaltı sinir (lat. nervus iliohypogastricus) XII döş və bel kələfiniə aid II bel sinirlərinin ( Th12 və L2 ) liflərindən təşkil olunmuşdur.
- Yan dəri şaxəsi (lat. R. cutaneus lateralis) qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşir[1].
- Ön dəri şaxəsi (lat. R. cutaneus anterior) qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir[1].
- Əzələlər şaxəsi (lat. Rami musculares) qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir[1].
Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur.
- Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir.
- Hərəki sinir lifləri isə qarının köndələn və daxili çəp əzələlərini innervasiya edərək onların təqəllüsünü təmin edir.
- ↑ 1 2 3 Р. Д. Синельников, Я. Р. Синельников Мышцы таза // Атлас анатомии человека. — 2-е. — М.:: Медицина, 1996. — Т. 4. — С. 185. — 320 с. — 10 000 экз. — ISBN 5-225-02723-7