Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır.
Nevena Bojoviç | |
---|---|
serb. Nevena Božović Невена Божовић | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Nevena Bojoviç serb. Nevena Božović Невена Божовић |
Doğum tarixi | |
Doğum yeri | Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Vətəndaşlığı | Serbiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2007–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Əlaqəsi | Moje 3 |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir.[1] Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[2]
Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.[3]
2007-ci ildə Nevena Bojoviç "Piši mi" mahnısı ilə Serbiyanın 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turunda iştirak edərək, qalib gəlmişdir. Rotterdamda keçirilən müsabiqədə Nevena 120 xal toplayaraq ölkəsini ilk üçlüyədək yüksəldə bilmişdir. O, qısa fasilədən sonra 2009-cu ildə "Ti" mahnısı ilə Monteneqroda keçirilən Sunčane skale festivalında çıxış etmişdir.
O, 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasına qatılmışdır. Üç ay davam edən yarışmanın sonunda Nevena finala yüksələ bilmişdir. Final şousunda Nevena ikinci yerdə qərarlaşmışdır.
2013-cü ildə Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanın Avroviziya 2013 milli seçim turunda iştirak etmişdirlər. Seçim turunda qələbə qazanan trio Serbiyanı Malmödə keçirilən müsabiqədə təmsil etmişdir. Lakin yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Həmin ilin iyul ayında Nevenanın "Pogledaj me" adlı sinqlı təqdim olunmuşdur. 2015-ci ildə o, Serbiyanın Avroviziya üçün münsif panelində yer alan beş münsifdən biri olmuşdur.
Nevena "Jasno mi je" sinqlı ilə 2019 Musiqi mükafatları mərasimində mükafata layiq görülmüşdür. O, "Kruna" mahnısı ilə Beovizija 2019-da qalib gələrək, Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Avroviziyada Nevena yarımfinal mərhələsini adlayaraq, finalda 89 xalla 18-ci yerdə qərarlaşmışdır.
Mahnı adı | İl |
---|---|
"Piši mi" | 2007 |
"Ti" | 2009 |
"Ljubav je svuda" (Moje 3 qrupu ilə) |
2013 |
"Pogledaj me" | |
"Znam da noćas gubim te" | |
"Bal" | 2014 |
"Trebam tebe" | 2015 |
"Čujem da dolaziš u grad" | 2016 |
"Siesta" | |
"Jasno mi je" | 2017 |
"Dangerous drug" | |
"What I'm Looking For" | 2018 |
"Kruna" | 2019 |
Əvvəlki: Sanya İliç və Balkanika "Nova deca" |
Serbiya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: – |