Roko Blajeviç

Roko Blajeviç (xorv. Roko Blažević; 10 mart 2000, Split) — Xorvatiya müğənnisi. O, Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazandıqdan sonra Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. Rokonun müsabiqədə ifa etdiyi mahnı "The Dream" adlanır.[1][2][3]

Roko Blajeviç
xorv. Roko Blažević
Ümumi məlumatlar
Doğum adı Roko Blajeviç
xorv. Roko Blažević
Doğum tarixi 10 mart 2000(2000-03-10) (23 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2017–h.h.
Janr
Musiqi alətləri vokal, orqan, piano
Albom şirkəti Croatia Records
Əlaqəsi Jak Hudek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Roko Blajeviç 2000-ci ildə Xorvatiyanın Split şəhərində anadan olmuşdur. Onun anası Mariya Saratliya-Blajeviç də Roko kimi müğənnidir. Atası isə Rokodan fərqli olaraq klapa tərzinə üstünlük verən ifaçıdır. Onun qardaşı da gitara ifa edir.[4]

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

2017-ci ilin iyul ayında Roko Serbiyanın Pinkove Zvezdice musiqi yarışmasında qələbə qazanmışdır. 2018-ci ilin dekabr ayında isə ifaçı Xorvatiyanın Zvijezde yarışmasında ikinci yerə layiq görülmüşdür. Roko Xorvatiyanın HRT telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turu olan Dora 2019-da Jak Hudekin bəstələdiyi "The Dream" mahnısı ilə iştirak etmiş və nəticədə yarışmada qalib gələrək, ölkəsini Tel-Əvivdə keçirilən müsabiqədə təmsil etmək hüququnu əldə etmişdir.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"The Dream" 2019

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Roko Blažević je pobjednik Dore". Index.hr. 16 fevral 2019. 2019-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  2. "Croatia: Roko Blažević to Eurovision 2019". Eurovoix. 16 fevral 2019. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  3. "Mladi Splićanin pobjednik je 'Pinkovih zvezdica'" (xorvatca). Večernji list. 8 iyul 2017. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  4. "On je čudo koje svijet treba čuti: Evo tko je Roko Blažević, 18-godišnji Splićanin koji će predstavljati Hrvatsku u Izraelu". www.tportal.hr (xorvatca). 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2019.
Əvvəlki:
Franka Bateliç
"Crazy"
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]