Sara MakTernan (irl. Sarah McTernan; 11 mart 1994[1]) — İrlandiya müğənnisi və bəstəkarı. O, "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[2].
Sara MakTernan | |
---|---|
irl. Sarah McTernan | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Sara MakTernan irl. Sarah McTernan |
Doğum tarixi | |
Doğum yeri | Kler qraflığı, İrlandiya |
Vətəndaşlığı | İrlandiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2014–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, gitara, piano |
sarahmcternan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Sara MakTernan 11 aprel 1994-cü ildə İrlandiyanın Kler qraflığında anadan olmuşdur. O, ailənin tək övladıdır. Sara 2011-ci ildə məzun olduqdan sonra Klerdə tibb bacılığı kursu almışdır. O daha sonra Limerik Texnologiya İnstitutunda musiqi texnologiya təhsili almışdır. Bir müddət təhsilə fasilə verən Sara Primarkda pərakəndə işçi kimi çalışmağa davam etmişdir. O, 2014-cü ilin sentyabr ayında səs və rəqs üzrə təhsil olmaq üçün Limerik Universitetinə daxil olmuşdur. Sara gitara və pianoda ifa etməyi bacarır.
2014-cü ilin noyabr ayında İrlandiyanın The Voice səs yarışmasının dinləmələrinə qatıldıqdan sonra Sara təcrübə qazanmaq üçün The JEDS adlı qrup yaradaraq, onlar ilə birlikdə çıxış etməyə başlamışdır. Dörd nəfərdən ibarət olan qrupda gitarada Dveyn Menn, barabanda Con Moroni, bassda Deklan Larkin və Sara vokalist olaraq yer almışdır.
2015-ci ildə Sara İrlandiyanın The Voice səs yarışmasına qatılmışdır. İlkin dinləmədə "Who You Are" mahnısını ifa edən MakTernan Reyçel Stivensin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmada iştirakını uğurla davam edən Sara nəticədə üçüncü yerdə qərarlaşmışdır.
2019-cu ilin mart ayında İrlandiyanın RTE telekanalı Saranın "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.
Əvvəlki: Rayan O'Şounessi "Together" |
İrlandiya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |