Natanael Koll (alm. Nathanaele Koll; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Neytan Trent | |
---|---|
ing. Nathan Trent | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Natanael Koll ing. Nathanaele Koll |
Doğum tarixi | |
Doğum yeri | İnsbruk, Avstriya |
Milliyyəti |
Avstriya İtaliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2003–h.h. |
Janr | pop |
Musiqi alətləri | piano, skripka |
nathantrent.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir.
2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.[1] 2017-ci ilin fevral ayında müğənninin Avroviziya səhnəsində ifa edəcəyi "Running on Air" mahnısı dinləyicilərə təqdim edilmişdir.
Uzun məşqlərdən sonra Neytan 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində ikinci nömrə altında səhnə almışdır. Nəticədə Neytan 147 xalla 7-ci yeri tutaraq, Avroviziya 2017-nin finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən müğənni ümumi nəticədə 26 ölkə təmsilçisi arasında 93 xalla 16-cı yerdə qərarlaşmışdır.
Mahnı adı | İl |
---|---|
"Like It Is" | 2016 |
"Running on Air" | 2017 |
"Good Vibes" |
Əvvəlki: Zoë Straub "Loin d'ici" |
Avstriya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Sezar Sampson "Nobody but You" |