Niş döyüşü (1443)

Niş döyüşü — 1443-cü ildə, noyabr ayının əvvəllərində Yanoş HunyadiGeorgi Brankoviçin başçılıq etdiyi səlibçilər ilə Qasım Paşanın rəhbərlik etdiyi Osmanlı imperiyası qoşunları arasında döyüşdü. Səlibçilər Serbiyada Osmanlının qalası olan Nişi ələ keçirmiş və Osmanlının iki ordusunu məğlub etmişdir.[5][6] Niş döyüşü Hunyadinin hərbi yürüşünün bir hissəsi idi. Hunyadi avanqardın başında Trayan darvazasından Balkanları keçmiş, Nişi ələ keçirmiş, üç Osmanlı paşasını məğlub etmiş və Sofiyanı Osmanlılardan almışdır. O, sonradan kral ordusu ilə birləşərək Snaimdə (Kustinitsa) sultan II Muradı məğlubiyyətə uğratmışdır. Kralın səbirsizliyi və 1444-cü ilin fevralında qışın şiddətli olmağı onu geri çəkilməyə məcbur qoymuşdur.

Niş döyüşü
Varnaya səlib yürüşü
Tarix 1443-cü ilin noyabr ayının əvvəlləri
Yeri Niş, Osmanlı imperiyası
Nəticəsi Səlibçilərin qələbəsi[1]
Münaqişə tərəfləri

Serbiya despotluğu
Macarıstan krallığı
Xorvatiya krallığı
Polşa krallığı
Valaxiya knyazlığı
Moldaviya

Osmanlı imperiyası

Komandan(lar)

Yanooş Hunyadi
Georgi Brankoviç

Qasım Paşa
Turaxan bəy
İshaq bəy Hraniç
İskəndər bəy
Həmzə Kastrioti

Tərəflərin qüvvəsi

12,000 süvari[2]

  • Qasım Paşanın birbaşa rəhbərliyində 12,000 sipahi süvari[3]
  • naməlum sayda avanqard qüvvələr
İtkilər

naməlum

6,000


2,000 nəfər həlak olmuşdur[4]
4,000 captured[4]
İskəndər bəy və 300 alban süvari fərarilik etmişdir

1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi. Transilvaniyada yerləşən Nadşeben yaxınlığında Osmanlı qüvvələrini məhv etmiş və Macarıstanın Valaxiyaya nəzarətini bərpa etmişdi.[7] Səlibçi ordusu 25,000 və ya daha çox qoşun və 600 döyüş vaqonundan ibarət idi.[8][8][9] Hunyadi Qasım Paşanı tapmaq və məğlub etmək üçün özü ilə 12,000 süvari götürmüşdü.[10] Vladislav və Brankovic döyüş vaqonları ilə düşərgədə qalmışdı.[10]

Laonik Xalkokondilə görə, "Hunyadi 1443-cü ildə Osmanlıları Balkanlarda geri çəkilməyə məcbur etdikdən sonra yorulmuş olan köhnə maqnatlar atalarının tarlalarına sahib olmaq üçün hər tərəfdən tələsmişdilər".[11] Onlardan biri qardaşı oğlu Həmzə Kastrioti və 300 albanla birlikdə Osmanlı ordusunu tərk edən, Kruyanı ələ keçirdikdən sonra Osmanlı imperiyasına qarşı iyirmi beş il davam edən üsyan qaldırmış Giorgi Kastrioti İskəndər bəy idi.[12][13][14][15][16][17]

II Murad on illik müqavilə imzalamış və oğlu II Mehmedin xeyrinə taxtdan əl çəkmişdir. Gələn il sülh pozulmuş və Murad Balkanlara qayıtmış, 1444-cü ilin noyabrında Varna döyüşündə qalib gəlmişdir.[18]

  1. Riley-Smith, Jonathan, The Crusades: A History, (Continuum International Publishing Group, 1987), 275.
  2. Jefferson, 2012. səh. 325
  3. Konstantin Mihailović. Memoirs of a Janissary. Published under the auspices of the Joint Committee on Eastern Europe, American Council of Learned Societies, by the Department of Slavic Languages and Literatures, University of Michigan. 1975. səh. 214.
  4. 1 2 Jefferson, 2012. səh. 329
  5. Riley-Smith, 275.
  6. Hupchick, Dennis P., The Balkans: From Constantinople to Communism, (Palgrave Macmillan, 2004), 117.
  7. Babinger, Franz. Mehmed the Conqueror and His Time. Princeton University Press. 1992. səh. 25. ISBN 978-0-691-01078-6. John Hunyadi accompanied by the cardinal-legate Giuliano Cesarini.
  8. 1 2 Jefferson, 2012. səh. 207–209
  9. Babinger, Frank and Ralph Manheim, William C. Hickman, Mehmed the Conqueror and His Time, (Princeton University Press, 1978), 25.
  10. 1 2 Jefferson, 2012
  11. İnalcık, Halil, From empire to republic : essays on Ottoman and Turkish social history, Istanbul: Isis Press, 1995, səh. 88, ISBN 978-975-428-080-7, OCLC 34985150, İstifadə tarixi: 4 January 2012, Comme nous le dit Chalcocondy- las après la retraite des Ottomans dans les Balkans en 1443 devant l'Hunyade, les anciens seigneurs se dépêchèrent de tous les côtés à rentrer en possession des domaines de leurs pères....(As Chalcocondyles tells us, "Weary after Hunyadi forced the Ottomans to retreat in the Balkans in 1443, the old lords hurried on all sides to regain possession of their fathers' fields".)
  12. Encyclopaedia of the Muslim World, Ed.
  13. Dialogue, Volume 5, Issues 17-20. Dijalog. 1996. səh. 78. İstifadə tarixi: 27 March 2012. Posle bitke kod Pirota, Skenderbeg zajedno sa sinovcem Hamzom, sinom svog starijeg brata Staniše ...
  14. Skënderbeu: Jeta dhe vepra by Kristo Frashëri, p. 130.
  15. Houtsma, Martijn Theodoor, First encyclopaedia of Islam: 1913-1936, VIII, Netherlands: E.J. Brill and Luzac and Co., 1993, səh. 466, ISBN 9789004097940, "In the beginning of November 1443, Turakhan Beg commanded one of the Ottoman corps in the battle against John Hunyadi.
  16. Houtsma, Martijn Theodoor, First encyclopaedia of Islam: 1913-1936, VIII, Netherlands: E.J. Brill and Luzac and Co., 1993, səh. 466, ISBN 9789004097940, "In the beginning of November 1443, Turakhan Beg commanded one of the Ottoman corps in the battle against John Hunyadi.
  17. Sir Hamilton Alexander Rosskeen Gibb; Bernard Lewis; Charles Pellat; Joseph Schacht. The Encyclopaedia of Islam. Brill. 1973. səh. 139. ... Iskender, fleeing from the camp of Kasim, the beglerbey of Rumeli...
  18. The Historians' History of the World By Henry Smith Williams - Page 439

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]