Varna döyüşü


Varna döyüşü1444-cü ildə Osmanlı türkləri ilə macarlar və onlara köməyə gəlmiş böyüx xaçlı ordusu arasında baş vermiş döyüş. Osmanlılar Macarıstanın başçılıq etdiyi xaçlı ordusunu məğlub edir.

Varna döyüşü
Tarix 10 noyabr 1444
Yeri Bolqarıstanda yerləşən Varna adlı yer
Nəticəsi Osmanlı İmperiyasının qəti qələbəsi
Münaqişə tərəfləri

Osmanlı imperiyası

Polşa
Macarıstan
Valaxiya
Transilvaniya
Moldova
Litva
Bolqarıstan
Vatikan
Xorvatiya
Tevton ordeni

Komandan(lar)

II Murad

III Vladislav
Yanoş Hunyadi

Tərəflərin qüvvəsi

40.000

40.000

İtkilər

4.000

17.000-dən çox

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüş öncəsi

[redaktə | mənbəni redaktə et]

1444-cü ildə Osmanlı taxtının azyaşlı II Mehmedə tapşırıldığını öyrənən daxili və xarici düşmənlər bundan istifadə edərək 100 minlik qoşunla hücuma keçmişdi. Macarlar Papanın təhrikilə Osmanlılarla bağladığı sülhü pozmuşdu. Baxmayaraq ki, taxtdakı II Mehmed ağıllı idi, yaxşı inkişaf etmişdi, amma yenə də uşaqdı. 12 yaşı vardı. Xaçlı ordusu hərəkətə gələn kimi Osmanlı dövlətinin hakimiyyət nümayəndələri II Muradı təkrar taxta çıxmağa dəvət etdilər, ancaq o, bu təklifi qəbul etmədi. Buna görə də uşaq hökmdarın dilindən atası II Murada belə məktub yazıldı: "Əgər padşah mənəmsə, sizə əmr edirəm ki, gəlib ordunun başında durasınız! Yox, sizsinizsə, gəlin dövlətinizi müdafiə edin!" Bu məktubdan sonra II Murad baş sərkərdə sifətiylə ordunu toplayıb yola düzəldi. Yol boyu bir neçə düşmən dəstəsini və gəmisini məhv edə-edə 9 noyabr-da Varna yaxınlığında xaçlı ordusu qarşısında qərargah qurdu. Türk ordusunun 70 minə yaxın əsgəri vardı. Macar kralı Ladislasın imzaladığı andlaşma mətni bir nizəyə keçirilərək II Muradın döyüşü idarə etdiyi təpəyə sancılmışdı. Bu nizənin yanında boşuna basdırılmış ikinci nizəyə vədini pozan kral Ladislasın başı keçiriləcəkdi.

Döyüşün gedişatı

[redaktə | mənbəni redaktə et]

100 minlik xaçlı ordusunda az hissə istisna olmaqla, hamı zirehli idi, hərbi təchizat mükəmməl idi. Döyüş 10 noyabr səhərində türklərin hücumu ilə başladı. Zirehli xaçlı ordusu çox itki vermədiyindən, özünü ələ alıb nizami hücuma keçdi. 4 il sonra baş verəcək II Kosova döyüşünün baş komandanı Yanoş Hunyadi türkləri geri çəkilməyə məcbur edirdi. Cəsur türk sərkərdəsi Qaracabəy tabeliyindəki süvarilərlə Yanoşun yan tərəfinə hücum etdi. Bu dəfə xorvatlar geri çəkildi. Kardinalın əsgərləri onların köməyinə yetişdi. Ancaq Qaracabəyin çox yaxşı idarə etdiyi qüvvələrin hər dəqiqə şiddətlənən hücumu ilə düşmənin sağ cinahı pozuldu. Xaçlılar ordugahadək qovuldu. Varna qapılarını bağlı görən türklər Kalatiyə yönəlmək istəsə də, buna bataqlıq mane olmuşdu. Sağ cinahın dağıdıldığını görən Yanoş kral Ladislasın tabeliyindəki alayları götürərək Bosniya yepiskopu ilə birlikdə irəli atıldı, türk sol cinahıyla mərkəz arasında yaranan bir boşluqdan içəri girdi. Vəziyyət türklər üçün olduqca təhlükəliydi. Bu vəziyyətdə bəzi sərkərdələr II Murada çəkilməyi tövsiyə etdilər, sultan bu tövsiyələri rədd etdi və son dəqiqəyə qədər döyüşdə qalacağını bildirdi. Hunyadi Yanoşun mərkəzə girməyə çalışdığını görən II Murad yeniçərilərə yanlara çəkilmək əmri verdi. Macarıstan kralı Ladislasın da içərisində olduğu düşmən qüvvələrin sürətlə boşalan sahəyə dolmağı düşmənin öz ayağıyla mühasirəyə girməsi demək idi. İndi hücum növbəsi yeniçərilərin idi. Yanlara çəkilib araya saldıqları düşmənə doğru fədakar və cürətli bir hücum başladı. Türk qılıncları xaçlı əsgərləri amansızcasına qırırdılar. Bu vaxt Teymurtaş adında bir türk əsgəri balta ilə Ladislasın atının ayağını yaraladı. Yeniçəri piyadabaşı Qoca Qaraca Xızır Ağa isə özünü yetirib, kralın boynuna qılınc endirdi. Kralın kəsilən başı Segedin anlaşması mətninin asıldığı nizənin yanındakı boş nizəyə keçirildi.

Dünyanı sarsıdan məhvedici Varna döyüşü türk əsgərlərinin çox parlaq qələbələrindən biridir. Zəfərin qazanılmasında II Muradın baş sərkərdəliyi birinci dərəcəli rol oynamışdı. Varna zəfəriylə Balkanlardakı türk varlığı və hakimiyyəti qəti şəkildə qəbul etdirilmiş, Macarıstan ordusu dağıdılmışdı. II Murad qələbədən sonra yenidən taxta qayıtdı və xaçlılarla 4 il sonrakı revanşda - II Kosova döyüşündə xaçlı ordusunun izini-tozunu Balkanlardan silib atdı.