Nikkinin ailəsi (çex. Nickyho rodina) — 2011-ci ildə rejissor Matey Minas tərəfindən sənədli dram janrında çəkilmiş Çexiya sənədli filmidir.[1][2] Filmdə İkinci dünya müharibəsi ərəfəsində 669 nəfər yəhudi əsilli uşağı Hitler qoşunları tərəfindən işğal olunmuş Praqadan Böyük Britaniyaya göndərərək xilas etmiş britaniyalı Nikolas Uinton haqqında danışılır.[3]
Nikkinin ailəsi | |
---|---|
çex. Nickyho rodina | |
Janr | Sənədli dram |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Holokost |
Rejissor | Matey Minas |
Prodüserlər |
Matey Minas Patrik Pas |
Ssenari müəllifləri |
Matey Minas Patrik Pas |
Baş rolda | Nikolas Uinton |
İlk baxış tarixi | yanvar 2011 |
Müddət | 96 dəqiqə |
Ölkə | Çexiya |
Dil | Çex dili |
İl | 2001 |
IMDb | ID1961438 |
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |