Pyer Buagilber (fr. Pierre Boisguilbert; 17 fevral 1646[1][2], Ruan – 10 oktyabr 1714[1][2], Ruan) — Fansız iqtisadçısı, klassik iqtisad elminin yaradıcılarından biri.
Pyer Buagilber | |
---|---|
fr. Pierre Le Pesant de Boisguilbert | |
Doğum tarixi | 17 fevral 1646[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 1714[1][2] (68 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Buagilber Fransada əmək-dəyər nəzəriyyəsinin banisi olmuşdur. O, bazar qiymətlərinin arxasında "həqiqi qiymət" axtarmışdır. bu qiymətin kəmiyyətinin əmək məsrəfi ilə müəyyən olunduğunu müəyyən etmişdir. O göstərir ki, iqtisadiyyat əmtəələrin öz həqiqi qiymətini tapa bildiyi azad rəqabət şəraitində daha yaxşı inkişaf edir. O, azad rəqabətin əsasında yaranan "həqiqi qiyməti" iqtisadi müvazinətin və inkişafın ən zəruri şərti hesab etmişdir. Onun dəyər qanununun iqtisadi tarazlığın ifadəsi kimi başa düşülməsi fikri o dövr üçün olduqca yeni və cəsarətli idi. Buagilberin baxışlarına o dövrdə Fransada yaşanan iqtisadi və sosial bərabərsizliklər güclü təsir etmişdir. Bu dövrdə dörddə üç hissəsi kəndlilərdən ibarət olan Fransanın əhalisi yoxsulluq şəraitində yaşayırdı, feodal sistemi öz əhəmiyyətini saxlayırdı, kapitalist münasibətləri ləng inkişaf edirdi, sənaye sahibkarlığı zəif idi, istehsalın, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün stimul yox idi. Buna görə də Buagilber öz baxışlarını kəndə yönəltmiş, kənd təsərrüfatının inkişafına, sənayeyə və ticarətə nisbətən üstünlük vermişdir, iqtisadi inkişafın və sərvətin artımının əsasında onu görmüşdür. O, yoxsul kəndlilərin mənafeyini müdafiə etdiyi üçün Karl Marks yazmışdır ki, "Buagilber … ağıl və cəsarətlə məzlum siniflərə tərfdar çıxır. " Buagilberin siyasi baxışları Fransanın idarə olunduğu üsula və bu dövrdə Fransada həyata keçirilən iqtisadi siyasətə qarşı yönəlmişdir. O göstərmişdir ki, "Fransanın idarə olunduğu üsul əgər dayandırılmasa, onu fəlakətə aparacaqdır. Mən yalnız bütün tacirlərin və əkinçilərin dediklərini deyirəm". Ticarət azadlığının və dövlətin iqtisadiyyata qarışmaması ideyasını ifadə edən klassik iqtisad elminin "laisser faire" ideyası Buagilberin "fəaliyyət göstərməyi yalnız təbiətin sərəncamına vermək lazımdır"- deməsiylə dəqiq şəkildə ifadə etmiş olmuşdur. O, dövlətin iqtisadi funksiyasını dolayı metodlarla-vergi siyasəti vasitəsilə iqtisadiyyata müdaxilə etməsində, tələb və təklifin səviyyəsinə təsir göstərməsində görmüşdür.[3]