Fransua Kene

Fransua Kene (fr. François Quesnay; 4 iyun 1694[1][2][…]16 dekabr 1774[1][3][…], Versal, Fransa krallığı[1]) — Fransız iqtisadçıfiziokratiya məktəbinin fiziki.[4]

Fransua Kene
fr. François Quesnay
Doğum tarixi 4 iyun 1694(1694-06-04)[1][2][…]
Vəfat tarixi 16 dekabr 1774(1774-12-16)[1][3][…] (80 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində anadan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci illərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, TyürqoMirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarifçilər ciddi tənqid edirdilər. Xalq arasından çıxan Kene xalqın iztirab və əzablarını yaxşı başa düşürdü. Saray mühitində, eyş-işrət içərisində yaşayan Kene aristokratları da, şəhər zəhmətkeşlərini də, fransız kəndlisinin acınacaqlı həyatını da düzgün dərk edirdi. Kenenin isə aristokratlar və zadəganlarla olan əlaqəsi çox sıx idi. Bu ikilik onun iqtisadi platformasına təsir etməyə bilməzdi. 1756–1757-ci illərdə Kene aşağıdakı məqalələrini Ensiklopediya üçün yazır: "Fermerlər", "Taxıl", "Əhali" və "Vergilər".[5] Kənd təsərrüfatına həsr edilmiş Kenenin əsərləri böyük maraq doğurur. Onun tələbələri, ardıcılları meydana çıxır. F.Kene idealist idi. Dinin hərtərəfli hökmranlığını qəbul edirdi. Lakin Ensiklopediyada olan maarifçilər tərəfindən materialist ideyalar qərarlaşmışdı.

Kenenin məşhur Tableau economique-si,[6] 1965

F.Kene iddia edirdi ki, kənd təsərrüfatı "xalis məhsul" gətirən yeganə sahədir. Məhz buna görə də o izafi dəyəri renta ilə eyniləşdirirdi. Deməli, F.Keneyə görə torpaq rentası "xalis məhsulun", izafi dəyərin yeganə formasıdır. Fiziokratlar iddia edirdilər ki, sənayedə izafi məhsul yaradılmır, kapitala görə sənayedə mənfəət də yoxdur. Kapitalistlərin gəliri yüksək əmək haqqı kimi izah edilirdi. Onlar belə hesab edirdilər ki, gəlir və fəhlənin əmək haqqı istehsal xərclərinə daxildir. Fiziokratlar, xüsusilə F.Kene belə hesab edirdilər ki, sənayedə yaradılan məhsulun dəyəri onun istehsalına çəkilən xərclərə bərabərdir. Beləliklə, fiziokratlar sənayedə, kənd təsərrüfatındaticarətdə yaradılan mənfəət kateqoriyasını nəzərə almırdılar. F.Kene ticarət mənfəətini qeyri-iqtisadi kateqoriya hesab edirdi və göstərirdi ki, ticarət mənfəəti haqq-hesabda aldatma yolu ilə əldə edilir. O, belə hesab edirdi ki, "xalis məhsul" tam mənası ilə torpaq sahibinə çatır, fermerlər guya xalis məhsuldan heç bir hissə almırlar, onlar özlərinin muzdlu fəhlələri kimi əmək haqqı alırlar. Fermerlərin və onların muzdlu fəhlələrinin aldıqları əmək haqqı da istehsal xərclərinə daxildir. Fiziokratların bu ideyasına görə guya fermerlər özləri özlərinə əmək haqqı verirlər. Faktiki olaraq bu o demək idi ki, kənd təsərrüfatında fermer-kapitalistlər və muzdlu fəhlələr eyni adamlardır.

F.Kene və ümumiyyətlə, fiziokratlar pul haqqında da heç bir nəzəriyyə yaratmamışdılar. Fransua Kene "Ticarət haqqında", "Sənətkar əməyi haqqında", "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə qeyd" adlı əsərlərində göstərirdi ki, pul elə bir vasitədir ki, o mübadiləni yüngülləşdirir. O, pul yığımının əleyhinə çıxış edirdi, puldan dəfinə kimi istifadə olunmasını istəmirdi. F.Kene yazırdı ki, pul öz özlüyündə adamların tələbatını ödəmir və pul pul yaratmır. Əgər real sərvət yoxdursa pul sərvəti də səmərəsizdir və faydasızdır. Kene daha sonra göstərirdi ki, pul istehlak olunmur, təkrar istehsal edilmir, lakin daima sərvət mübadiləsi vasitəsi kimi çıxış edir. F.Kenenin və onun məktəbinin nümayəndələrinin ideyalarının təhlili göstərir ki, əmək haqqı barədə olan merkantilistlərin fikirlərini onlar təkrar etmişlər. F.Kene əmək haqqını fiziki yaşayış minimumu hesab edirdi. O iddia edirdi ki, əmək haqqı adi, elementar tələbatı ödəməli və dəyişməz qalmalıdır. Fiziokratların kapital haqqında olan nəzəriyyələri isə böyük əhəmiyyət kəsb edir. Merkantilistlər kapital ilə pulu eyniləşdirirdilər, Fiziokratlar isə kapitalın əşya tərkibini təhlil edirdilər. İstehsal xərclərinin təhlili F.Keneyə imkan verirdi ki, kapitalın tərkib hissələrini o ayıra bilsin. Əkinçilik işlərinə hər il sərf edilən xərcləri F.Kene illik avans adlandırırdı (toxum, iş qüvvəsi). Bir neçə il fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarına, tikililərə, mal-qaraya və s. çəkilən xərcləri isə ilkin avans hesab edirdi. F.Kene yazırdı ki, illik avans bir başa və tam şəkildə xərclərə daxildir, ilkin avans isə hissə-hissə istehsal xərclərinə daxil edilir. Lakin, kapitalın belə bir bölgüsünü-illik və ilkin avansı Kene kənd təsərrüfatı istehsalına aid edirdi. Odur ki, kənd təsərrüfatında fəaliyyət göstərən kapitalı o məhsuldar kapital adlandırırdı. Merkantilistlər kapitalı bir çox tarixi dövrlərə aid kateqoriya adlandırırdılarsa da fiziokratlar belə fikri nəzərə almırdılar.

  1. 1 2 3 4 5 6 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 http://www.academie-sciences.fr/pdf/eloges/quesnay_p85_vol3573.pdf.
  3. 1 2 http://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-q.html.
  4. Cutler J. Cleveland, "Biophysical economics" Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine, Encyclopedia of Earth, Last updated: 14 September 2006.
  5. "Kafker, Frank A.: Notices sur les auteurs des 17 volumes de " discours " de l'Encyclopédie (suite et fin). Recherches sur Diderot et sur l'Encyclopédie Année (1990) Volume 8 Numéro 8 p. 112". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
  6. Phillip Anthony O'Hara. Encyclopedia of Political Economy. Psychology Press. 1999. səh. 848. ISBN 978-0-415-18718-3. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2012.