Jak Klod Marye Vinsent de Qurne

Jak Klod Marye Vinsent de Qurne (fr. Jacques Claude Marie Vincent de Gournay; 28 may 1712[1][2][…], Sen-Malo27 iyun 1758[1][2][…], Kadis, Əndəlüs) - Fransız iqtisadçı, ticarət intendantı. Bəzi iqtisadiyyat tarixçiləri laissez faire, laissez passer (azərb. buraxın etsinlər, buraxın keçsinlər‎) ifadəsini onun kəşf etdiyini düşünürlər.[3] Bu ifadənin əsasları Fransa dövləti kölə ticarəti ilə bağlı Vest-Hind şirkətindəki imtiyazından-inhisarçılığından ayrılanda qoyulmuşdu. Qurne, həmçinin, "bürokratiya" terminin də banisi hesab olunur. O, Fransua Kene ilə birlikdə Fiziokratiya məktəbinin lideri olaraq hesab edilir.[3]

Jak Klod Marye Vinsent de Qurne
Doğum tarixi 28 may 1712(1712-05-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 iyun 1758(1758-06-27)[1][2][…] (46 yaşında)
Vəfat yeri
Fəaliyyəti iqtisadçı, filosof

Qurnenin atası Klod Vinsent Sen-Maloda tacir, həmçinin kralın katibi idi.[4] Qurne çox yazmasa da, onun çoxlu vacib nəzəriyyəçilərlə apardığı söhbətlər Fransa iqtisadiyyat məktəbinin inkişaf etməsində mühüm rol oynamışdır. O, Riçard Kantilyonun əsərinin Fransada məşhurlaşmasına kömək etmiş əsas vasitəçilərdən biri idi.[5]

Qurne 1751-ci ildə ticarət intendantı olaraq təyin edildi. Onun vəzifədə olduğu müddətdə əsas mövzularından biri hökumət müdaxilələrinə müxalif olmaq olmuşdu. Çünki Qurneyə görə, belə müdaxilələr ticarətin inkişafını dayandırırdı. O, vəziyyəti təsvir etək üçün bureaucratie (hərfi mənası:yazı masaları üzrə hökumət) terminindən istifadə etdi.[6] Qurenin ticarətə hökumət müdaxiləsinə olan nifrəti ardıcılı Türqoya təsir etmişdi.[7]

Sen-Maloda bir küçəyə onun adı (Rue Vincent-de-Gournay) verilmişdir.[8]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Jean-Claude Marie Vincent Gournay // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Ellen Judy Wilson; Peter Hanns Reill. Encyclopedia Of The Enlightenment. Infobase Publishing. 1 August 2004. səh. 241. ISBN 978-0-8160-5335-3. 27 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2012.
  4. Dugald Stewart; John Veitch. The Collected Works of Dugald Stewart: Translations of the passages in foreign languages contained in the collected works of Dugald Stewart. With general index. 1860. T. Constable and co. [etc. ]. 1877. səh. 238. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2012.
  5. Murray N. Rothbard. Economic Thought Before Adam Smith. Ludwig von Mises Institute. 2006. səh. 386. ISBN 978-0-945466-48-2. İstifadə tarixi: 21 July 2012.
  6. Haridimos Tsoukas; Christian Knudsen. The Oxford Handbook of Organization Theory. Oxford Handbooks Online. 23 June 2005. səh. 149. ISBN 978-0-19-927525-0. İstifadə tarixi: 21 July 2012. To symbolize a government run by insensitive rule-makers and rule-enforcers who did not care about the consequences of their actions, he coined the sarcastic term 'bureaucratie' - government by desks.
  7. James J. McLain. The Economic Writings of Du Pont de Nemours. University of Delaware Press. 1977. səh. 28. ISBN 978-0-87413-114-7. İstifadə tarixi: 21 July 2012.
  8. Henri-Georges Gaignard. Connaître Saint-Malo (French). Fernand Lanore. 1973. səh. 239. İstifadə tarixi: 21 July 2012.