Nikolay Andreyeviç Anisimov (12 may 1892, Orlov vilayəti (Qroznı)[4] - 25 yanvar 1920, Novoçerkassk) — inqilabçı, bolşevik, Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı.
Nikolay Anisimov | |
---|---|
Doğum tarixi | 12 may 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 yanvar 1920 (27 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | səpmə yatalaq |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, inqilabçı |
Partiyası |
Nikolay Andreyeviç Anisimov Orlov quberniyasında (digər mənbələrə görə - Qroznıda) anadan olub. 1903-cü ildə atası tətildə iştirak etdiyi üçün həbs edilib və həbsxanada vəfat edib.
1911-ci ildə Anisimov Qroznı real məktəbini bitirib Sankt-Peterburq Politexnik İnstitutuna qəbul oldu.
1913-cü ildə ÜKP (b) sıralarına üzv qəbul edildi, tələbələrin inqilabi fəaliyyətlərində iştirak etməyə başladı. Tətil günlərində Qroznıya gələrkən neftçilərin tətilində fəal iştirak etdi. Bu fəaliyyətinə görə həbs edilərək institutdan xaric edildi. 1914-cü ildə Qroznı Bolşevik təşkilatının liderlərindən biri oldu. Fevral inqilabından sonra Qroznı Fəhlə Deputatları Sovetinə rəhbərlik etməyə başladı.
1917-ci ilin dekabrında Tapa Çermoyevin rəhbərliyi altında Çeçen Şurası fəhlələri və inqilabçı əsgərləri tərksilah etmək tələbi ilə Qroznı Fəhlə Deputatları Sovetinə ultimatum ünvanladı. Bundan sonra "Vəhşi Diviziya"nın çeçen bölmələri şəhəri ələ keçirdilər. Müvəqqəti Terek-Dağıstan hökuməti yaradıldı.
İnqilabçı birlikləri Qroznıdan çıxarmaq lazım gəldi. Onlarla birlikdə Anisimov da Stavropola getdi. 1917-ci ilin dekabrında Anisimov Stavropol qarnizonunun Hərbi İnqilab Komitəsinin sədri, 1918-ci ildə isə Stavropol quberniyasının hərbi komissarı təyin edildi. Daha sonra, Bryansk rayonunun hərbi-siyasi komissarı, Şimali Qafqaz hərbi dairəsinin komissarı, Həştərxandakı bu dairənin hərbi şurasının səlahiyyətli üzvü, Xəzər-Qafqaz cəbhəsinin, 11, 12 və 9-cu ordunun İnqilabi Hərbi Şurasının üzvü oldu. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (b) VI Qurultayının və II Ümumrusiya Sovetlər Qurultayının nümayəndəsi oldu. 1919-cu ilin dekabrında tif xəstəliyinə yoluxdu. 25 yanvar 1920-ci ildə Novoçerkasskda xəstəlikdən dünyasını dəyişdi. Rusiya Kommunist Partiyasının (b) MK-nin və İnqilabi Hərbi Şuranının siyasi idarəsinin qərarı ilə inqilabdakı müstəsna xidmətlərinə görə Moskvada dəfn edildi.[5]