Nikolay Babak

Nikolay Panteleymonoviç Babak (ukr. Микола Пантелеймо́нович Бабак; 10 iyun 1954, Voronintsı[d], Çernobayevski rayonu[d]) — Ukrayna rəssamı,[1] yazıçısı, naşiri və incəsənət kolleksiyaçısı. O, hal-hazırda Çerkassıda yaşayır və işləyir.

Nikolay Babak
Doğum tarixi 10 iyun 1954(1954-06-10) (70 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı
Mükafatları Ukraynanın xalq rəssamı Ukraynanın əməkdar rəssamı
İmza
facebook.com/profile.php…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Panteleymonoviç Babak indiki Ukraynada, Çerkası vilayətinin Çernobayevski rayonunun Voronintsı kəndində anadan olmuşdur. O, 1971-ci ildə Melnikovskaya orta məktəbini bitirmişdir. Babak 1972–1974-cü illərdə SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. O, tərxis olunduqdan sonra Çerkası Azot Birliyində qrafik dizayneri, sonra Çerkası İncəsənət Reklam Zavodunda işləmişdir. Babak 1979–1985-ci illərdə Vera İ. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye İnstitutunun bir qrup aspirant rəssamı ilə birlikdə Krasnoyarsk, Kemerovo, Belovo, Novokuznetsk, Yakutsk, Maqadan, Ust-Nera şəhərlərində monumental layihələr üzərində işləmişdir. O, 1986-cı ildə Ukraynaya qayıtmışdır.[2]

Babak 1990-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. O, 2004-cü ildə Ukraynanın əməkdar artisti,[3] 2016-cı ildə Ukraynanın xalq artisti[4] fəxri adlarına layiq görülmüşdür. Babak 2010-cu ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatına layiq görülmüşdür. Onun əsərləri Ukrayna Milli İncəsənət Muzeyində, Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Sərgiləri Direktorluğunda, Ukrayna Milli Rəssamlar İttifaqının İncəsənət Sərgiləri Direktorluğunda, Rusiya Federasiyasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyində saxlanılır.[2]

Babakın bədii əsərləri hiperreallıq, neoekspressionizm, transavantqard, montaj texnikasında işlənmişdir. Rəssam postavanqardın stilistik prinsiplərinə sadiqdir. 51-ci Venesiya Biennalesində (2005) "Uşaqlarınız, Ukrayna" milli layihəsi ilə tanınır.[5] Babak 2014-cü ildən Yevgeni Matveyev ilə "BM Babak-Matveev" adı ilə işləyir.[6]

Babak 1990-cı ildə Ukrayna xalq sənətini toplamağa başlamışdır. Onun XVIII–XX əsrlərə aid xalq ikonaları xalq sadəlövh rəsmləri Mərkəzi Yuxarı Dnepr çayı regionunun xalq fotoşəkilləri və məişət əşyaları kolleksiyaları var. Xalq ikonalarının kolleksiyası Ukrayna xalqının, dilininmədəniyyətinin əsasının formalaşdığı regionun ikonoqrafiyasını əks etdirir.[7]

"Uşaqlarınız, Ukrayna" əsəri. 51-ci Venesiya Biennalesində nümayiş olunmuşdur. 2005-ci il.

Nikolay Babakın təşəbbüsü ilə 2009-cu ildə Ukrayna Milli Elmlər Akademiyasının İncəsənət Tarixi, Folklor və Etnologiya İnstitutu ilə birlikdə "Kəndli mədəni məkanı kontekstində XVIII–XX əsrlərdə Ortadnepr xalq ikonu" monoqrafiyası nəşr olunmuşdur. Monoqrafiya bir sıra mükafatlara layiq görülmüşdür. Lvovda keçirilən XVI Nəşriyyat Forumunun ən yaxşı kitabı seçilmişdir. "Kitab sənəti" müsabiqəsində İvan Fedorov adına diplom almışdır. "İlin kitabı 2009" XI Ümumukrayna reytinqinin münsiflər heyəti monoqrafiyanı ən yaxşı kimi tanımışdır. 2010-cu ildə nəşr və onun müəllifləri Nikolay Babak və O. Naydan Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatları olmuşdular.[8][9]

Babakın əsas əsərlərinə "Doğulmamış quşlar günü" (1988), "İndi hardasınız, xalqımın cəlladları?" (1989), "Səhər sublimasiyası" (1996), "Uşaqlarınız, Ukrayna" layihəsi (2005), "Qurban" layihəsi (Yevgeni Matveyevlə həmmüəlliflik; 2014), "Kəndli mədəni məkanı kontekstində XVIII–XX əsrlərdə Ortadnepr xalq ikonu" monoqrafiyası. (2009) aiddir.[10]

  1. "European angst explored in Venice". 20 iyn 2005. 2010-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-04 – news.bbc.co.uk vasitəsilə.
  2. 1 2 "БМ Бабак-Матвеев". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-04.
  3. Указ Президента України від 21 серпня 2004 року № 951/2004 «Про нагородження працівників підприємств, установ та організацій»
  4. Указ Президента України від 23 січня 2016 року № 18/2016 «Про відзначення державними нагородами України з нагоди Дня Соборності України»
  5. "Проект М.Бабака «Діти твої, Україно»". 4 березня 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 жовтня 2012.
  6. "Art-tandem Babak & Matveev". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-04.
  7. "500 Folk Icons from a Private Collection - RISU". Religious Information Service of Ukraine. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-04.
  8. "Указ президента про присудження Національної премії України ім. Т. Шевченка". 25 січня 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 жовтня 2012.
  9. Указ Президента України від 4 березня 2010 року № 285/2010 «Про присудження Національної премії України імені Тараса Шевченка»
  10. "Черкасский художник Бабак Николай Пантелеймонович". Соцреализм. Киевский клуб коллекционеров. 4 січня 2018 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]