Ukrayna Milli İncəsənət Muzeyi (ukr. Національний Художній Музей України) — Ukraynanın paytaxtı Kiyevdə 1898-ci ildə qurulan sənət muzeyi.[2]
Ukrayna Milli İncəsənət Muzeyi | |
---|---|
ukr. Національний Художній Музей України | |
Əsası qoyulub | 1898 |
Açılış tarixi | 30 dekabr 1904 |
Mövzu | Sənət Muzeyi |
Ölkə | |
Yerləşir | Ukrayna Kiyev |
Ziyarətçi sayı |
|
Direktor | Mariia Zadorozhna |
Telefon | +380-278-13-57[1], +380-278-74-54[1] |
50°26′58″ şm. e. 30°31′52″ ş. u. | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ukrayna sənətinin ən əhəmiyyətli heykəlləri, rəsm əsərləri bu muzeydədir. Dövrün ziyalıları tərəfindən hər kəsə açıq bir muzey olaraq qurulmuş və neoklasik muzey binası 1898-ci ildə inşa edilmişdir. İlk qurulduğunda, Kiyevin Antik və İncəsənət Şəhər Muzeyi adlandırıldı. Muzeyin qurucuları Ukrayna sənət nümunələrini bir araya gətirən bir kolleksiya yaratmaq istədilər. I Dünya müharibəsindən sonra muzey Tarix Muzeyi oldu. II Dünya Müharibəsindən sonra ölkənin hər yerindən gələn sənət əsərləri ilə zənginləşdi. Avropada və ABŞ-da yaşayan Ukrayna rəssamları ilə Moskva və Sankt-Peterburqdakı rəssamların əsərləri də kolleksiyaya əlavə edildi. Lakin bu alışlar Stalin dövründə dayandı; Kolleksiyanın əksəriyyəti dağılmış və gizlidilmişdir. Ölkə müstəqilliyini qazandıqdan sonra muzey mühüm bir beynəlxalq qurum halına gəldi. Kolleksiyaları ölkə xaricində sərgilənir; Sərgilər Holland, Kanada, Fransa, Danimarka, Xorvatiya kimi ölkələrdə keçirildi.