Nikolay Aleksandroviç Menşutkin (24 oktyabr 1842[2][3], Sankt-Peterburq[4] – 5 fevral 1907[2][3], Sankt-Peterburq[4]) — Rusiya kimyaçısı, Sankt-Peterburq Universitetinin və Sankt-Peterburq Politexnik İnstitutunun professoru, kimyəvi kinetika sahəsində görkəmli mütəxəssis, "Rusiya Kimya Cəmiyyətinin jurnalı"nın ilk redaktoru
Nikolay Menşutkin | |
---|---|
Doğum tarixi | 24 oktyabr 1842[2][3] |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1907[2][3] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | kimya[1], analitik kimya[1], üzvi kimya[1] |
İş yerləri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Aleksandroviç Menşutkin 1842-ci il oktyabrın 12-də Sankt-Peterbuqda anadan olmuşdur. 1853–1857-ci illərdə Petrişule Baş Alman Məktəbinin real şöbəsində təhsil almış, 1862-ci ildə isə Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsini bitirmişdi. 1863–1865-ci illərdə o, Almaniya və Fransada (Tübingen Universitetində A. Ştrekkerin, Parisin Ali Tibb Məktəbində Ş. A. Vürtsün, Maqburq Universitetində A. Kolbenin yanında təlim keçmişdi. O, 1865–1902-ci illərdə Sankt-Peterburq Universitetinin müəllimi, 1869-cu ildə professoru və 1902–1907-ci illərdə Sankt-Peterburq Politexnik İnstitutunun professoru olmuşdu. Menşutkin 1868-ci ildə Rusiya Kimya Cəmiyyətinin əsasını qoyanlardan biri (A. A. Voskresenski, N. N. Zinin və D. İ. Mendeleyevlə yanaşı), 1868–1891-ci illərdə onun katibi və 1869–1900-cü illərdə "Rusiya Kimya Cəmiyyətinin jurnalı"nın ilk redaktoru olmuşdur. 1869-cu ilin martında Menshutkin Rusiya Kimya Cəmiyyətinin iclasında Mendeleyevin adından onun Dövri Qanunu — elementlərin dövri sistemi haqqında məlumat vermişdi.
Menşutkinin elmi əsərləri, əsasən, üzvi və fiziki kimyaya aiddir. 1866-cı ildə o, "Metalla əvəzedilməz fosfor turşusunun hidrogeni haqqında" adlı magistr dissertasiyasında ilk dəfə olaraq qeyri-üzvi birləşmələrin strukturunu müəyyən etmək üçün struktur kimyasının prinsiplərini tətbiq etmişdi. Menşutkinin əsas elmi istiqaməti üzvi birləşmələrin kimyəvi çevrilmələrinin sürətini öyrənmək olmuşdu; spirtlərin eterifikasiyası və efirlərin sabunlaşması sahəsində apardığı tədqiqatlar xüsusi maraq doğururdu. 1877–1897-ci illərdə Menşutkin spirt və karbon turşularının strukturunun efirləşmə reaksiyasının sürəti və həddinə təsirini müəyyən edən bir sıra struktur-kinetik normativləri müəyyən etmişdi. 1877–1879-cu illərdə o müəyyən etmişdi ki, birli spirtlər çox asan və üçlü spirtlər isə çox çətin efirləşir; Menşutkin həmçinin göstərmişdi ki, alınmış nəticələr birli, ikili və üçlü spritlərin izomer törəmələrini ayırmaq üçün bir meyar kimi tətbiq oluna bilər. 1882-ci ildə üçlü amil asetatın parçalanmasını tədqiq edərkən Menşutkin reaksiya məhsullarından birinin (sirkə turşusu) onu sürətləndirdiyini aşkar etmişdi; bu, autokatalizin klassik nümunəsi olmuşdu. 1890-cı ildə o, dördlü ammonium duzlarının alınması ilə nəticələnən üçlü aminlərin alkilhalogenidlərlə alkilləşməsi reaksiyasını (Menşutkin reaksiyası) kəşf etmiş, efirləşmə və duz əmələgəlmə reaksiyalarında həlledicilərin katalitik təsirini müəyyən etmişdi. Menşutkin analitik kimyanın müstəqil fənn kimi tədrisinin təşəbbüskarı olmuşdu. 1871-ci ildə o 16 dəfə nəşr olunmuş (1931-ci ildən 16-cı nəşr) "Analitik kimya" dərsliyini yazmış, 1888-ci ildə Rusiyada kimya tarixinə aid ilk əsərin ("Kimyəvi baxışların inkişafı haqqında") müəllifi olmuşdu. Onun rəhbərliyi altında Sankt-Peterburq Universitetində (1890–1894) və Politexnik İnstitutunda (1901–1902) kimya laboratoriyaları tikilmiş və təchiz olunmuşdu. 1904-cü ildə o, kimyəvi kinetika sahəsində gördüyü işlər üçün Lomonosov mükafatına layiq görülmüşdü.