Nikolay Semaşko

Nikolay Semaşko (lat. Никола́й Алекса́ндрович Сема́шко; 8 (20) sentyabr 1874[1] və ya 20 sentyabr 1874[1], Livenskaya[d], Orlov quberniyası[d]18 may 1949[2][1], Moskva, RSFSR, SSRİ[2]) — həkim, partiya və dövlət xadimi, SSRİ-nin səhiyyə sisteminin qurucularından biridir.

Nikolay Semaşko
rus. Николай Александрович Семашко
Doğum tarixi 8 (20) sentyabr 1874[1] və ya 20 sentyabr 1874(1874-09-20)[1]
Doğum yeri
Vəfat tarixi 18 may 1949(1949-05-18)[2][1] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri tibb, siyasət
İş yerləri
Təhsili
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
SSRİ poçt markası

Nikolay Semaşko Lipetsk vilayətində sadə pedaqoq ailəsində dünyaya gəlmişdir. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alır, daha sonra təhsilini Moskva Universitetinin tibb fakultəsində davam etdirir. 1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb, harada ki, siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün). 1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir.

Demək olar ki, müasir Rusiyanın ilk sovet komissarı Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.

1918–1930-cu illərdə Semaşko Rusiyanın xalq səhiyyə komissarı olur. 1927-ci O, qida institutunun yaradılması ilə bağlı məsələ qaldırır. Belə bir institut 1930-cu ildə Mərkəzi Dövlət Qida İnstitutu adı altında yaradılır.

Semaşko ömrünün sonunadək (1949-cu il) Rusiya tibbinə, o cümlədən, dünya tibb sahəsinə böyük töhfələr verir. 1949-cu ildə O, Moskva qəbirstanlığında dəfn olunur.

Əvvəllər, indiki 1 saylı Bakı şəhər klinik xəstəxanası Semaşko adlandırılırdı.

  1. 1 2 3 4 5 6 Педагоги и психологи мира (rus.). 2012.
  2. 1 2 3 4 Семашко Николай Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.