Nikortsminda kafedralı (gürc. ნიკორწმინდის ტაძარი) — Gürcüstanın Raça bölgəsində yerləşən Gürcü Provaslav Kilsəsi.
Gürcü Pravoslav Kilsəsi | |
Nikortsminda kafedralı | |
---|---|
ნიკორწმინდის ტაძარი | |
Din | |
Statusu | Aktiv |
Yerləşməsi | |
Ölkə | |
Yeri | Qafqaz |
Memarlıq | |
İnşa tarixi | 1010 – 1040 |
Üslubu | Gürcü memarlığı Kafedral |
Günbəzlərin sayı | 1 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nikortsminda 1010–1014 illərində gürcü çarı III Baqratın dövründə inşa edilmiş və 1534-cü ildə İmereti Kralı III Baqrat tərəfindən təmir edilmişdir. Kafedralin yaxınlığındakı üçmərtəbəli zəng qülləsi isə XIX əsrin ikinci yarısında inşa edilmişdir. Katedral içərisindəki freskalar 17-ci əsrdən sonraya aiddir.
Kafedral UNESCO-nun Ümumdünya irsi statusuna görə müvəqqəti siyahıdadır.
Nikortsminda kafedralı gürcü xaç-günbəz memarlıq üslubunu əks etdirir.
Nikortsminda nəhəng bir günbəzə sahibdir və naxışlı arxitralarla bəzədilmiş on iki pəncərəsi var.
Kafedralın daxilində 5 apsis var və qübbə bu apsisin formalaşdığı apsidiyollar üzərində dayanır. İnteryer 17-ci əsrdən freskalar və zəngin naxışlarla bəzədilmiş, orta əsrlər gürcü ekklastik sənətinin sənətkarlığını əks etdirir.
Xaricdən qısaqollu düzbucaqlı bir xaç şəklindədir və qərbdən qısa bir seqmentə malikdir. Kafedralın divarları hamardır və işlənmiş daşla örtülmüşdür. Nikortsminda bütün gürcü kilsələri və kafedralların ən gözəl bəzəklərindən biri var, çünki motivlərin seçilməsinin zənginliyini və icra qaydalarını izah edən bir neçə fərqli üslub görülə bilər.