Muxtar Babayev

Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri,[1] Azərbaycan Respublikasının Milli Məclisi IVV çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti.[2]

Muxtar Babayev
Vəzifədədir
23 aprel 2018-ci ildən
ƏvvəlkiHüseynqulu Bağırov
Vəzifədədir
9 sentyabr 2022-ci ildən
ƏvvəlkiNizami Mursaqulov
2010 – 23 aprel 2018
Seçki dairəsi201043 saylı Sumqayıt üçüncü
201543 saylı Sumqayıt üçüncü
ƏvvəlkiNizami İsgəndərov
SonrakıEmin Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1967(1967-10-16) (55 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri "Tərəqqi" medalı"Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.

1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.

2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.[1]

1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IVV çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir.[1]

2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.[1]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Muxtar Babayev — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi veb saytı — 20 oktyabr, 2019-cu il tarixində arxivləşdirilib.
  2. "Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
  3. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012-ci il tarixli, 672 nömrəli Sərəncamı. — 3 aprel, 2018-ci il tarixində arxivləşdirilib.
  4. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 noyabr, 2017-ci il tarixli, 3367 nömrəli Sərəncamı 13 oktyabr, 2018-ci il tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]