Ələkbərov Nizami Səfi oğlu (17 yanvar 1978, Quzanlı, Ağdam rayonu – 1997) — "Azərbaycan Bayrağı" ordenli kəşfiyyatçı.[1]
Nizami Ələkbərov | |
---|---|
Nizami Səfi oğlu Ələkbərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Quzanlı |
Vəfat tarixi | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Nizami Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1995-ci il iyul ayının 27-də hərbi xidmətə yollanıb. "N" saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə erməni hərbçilərinin arxa cəbhəsinə adlayıb. Üç gün burada qalıb və həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə öz komandanlığına çatdırıb. Lakin əməliyyatı tamamlayıb geri dönərkən erməni hərbçiləri onların izinə düşüb. Döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçməmək üçün qranatla özlərini partladaraq həlak olublar. Onların meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınıb. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.
Nizamı Səfi oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.