Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.
Xocavənd əməliyyatı | |||
---|---|---|---|
Tarix | 7-10 aprel 1997 | ||
Yeri | Qarabağ, Azərbaycan | ||
Səbəbi | Qarabağ münaqişəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif ediliblər.[1]
Elxan Ağayev (solda) və Vüqar Yarəhmədovun (sağda) əməliyyatdan öncə çəkdirdikləri fotolar.[2]
|
7 aprel 1997-ci ildə Azərbaycan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib.[3] Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.[4][5][6] Mais Bərxudarovun rəhbərlik etdiyi birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb.[7]
Leytenantlar Elxan Ağayev (qrupun komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonunun Horadiz istiqamətindən təmas xəttini keçiblər və təxminən 40-50 kilometr yol qət etməklə döyüş tapşırığını yerinə yetiriblər.[8][5] Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək[Qeyd 3] kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar.[6]
Qrupun üzvü Aqil Əhmədovun sözlərinə görə, üçüncü gün səhər açıldığından, qrup axşama kimi kolların içində, bir metr dərinliyi olan və üç nəfərin gizlənə biləcəyi səngərdə gizlənib gecə yola düşməyi qərara alır. Kəşfiyyat qrupu təhlükəsizlik baxımından etibarlı sayılan həmin kolluq olan ərazidə daldalanmaq qərarına gəlir. Bir müddət sonra Vüqar Yarəhmədov onlara sarı iki nəfər düşmənin gəldiyini söyləyir. Açılan atəş nəticəsində bir erməni əsgəri ölür, digəri isə yaralanıb təpənin arxasına keçə bilir. Belə olan halda komandirin əmri ilə kəşfiyyat qrupu səngərin içinə doğru gedir. Bir müddət getdikdən sonra 50–60 nəfər erməni əsgərinin onlara sarı gəldiyini görən komandir Elxan Ağayev, yaxınlıqdakı dağılmış kəndə tərəf üz tutmağı əmr edir. Qrup kəndə çatır və burada yanmış evin balaca zirzəmisində gizlənir.[10]
Bir müddət sonra Dinar Mustafayev düşmən əsgərlərinin onları gördüyünü xəbər verir. Həmin vaxt düşmən əsgərləri tərəfindən atəşə tutulurlar. Bu zaman Elxan Ağayev əl qumbarasını çıxarıb onlar tərəfə atır və döyüş əmrini verir. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar.[11] Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb.[10]
Aqil Əhmədovun erməni məhkəməsində dediklərindən.[12]
Huşsuz vəziyyətdə olan Əhmədovu ermənilər əsir götürərək Cəbrayıl yaxınlığında yerləşən tibb məntəqəsinə aparırlar.[10] Burada saxlanılan zaman onu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ziyarət edir.[8] Doqquz gün burada qalan Aqili, daha sonra Xankəndində olan hospitala aparırlar.[8] On beş günə yaxın orada qaldıqdan sonra isə karserə (təkadamlıq kameraya) salırlar.[8] Aqilin sözlərinə görə, əsirlikdə qaldığı müddətdə ona müxtəlif işgəncələr verilib.[8][10]
1998-ci ilin fevral ayında ermənilər Aqili məhkəmə qarşısına çıxarmış və bir neçə maddə ilə ittiham irəli sürərək ona güllələmə hökmü təyin etmişdir.[13][8] Bir il on bir ay ölüm hökmü altında olmuş Aqilin sözlərinə görə, hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda elə bilirmiş ki, güllələnməyə aparılacaq.[8]
Uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olur.[14][15] Əsir düşməzdən qabaq 86 kiloqram çəkisi olan Aqil, geri qayıdanda 49 kiloqram çəkidə olub.[8]
19 sentyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının istifadəyə verilmə mərasimində iştirak etmiş və Qarabağ əlili olaraq Aqil Əhmədova bütün əşyalarla təmin olunmuş ikiotaqlı ev və maşın təqdim etmişdir.[16][12]
̈Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra — oktyabrın 14-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə almaq mümkün olub.[15] İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif ediliblər.[1]
2017-ci ildə "Vətənpərvərliyin təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən hazırlanan, "Xocavənd əməliyyatı"nda iştirak etmiş kəşfiyyatçılara həsr olunmuş — "Səkkiz oğul istərəm" sənədli filmi yayımlanıb.[17]
Jurnalist Jalə Cəfərova "Xocavənd əməliyyatı"nın iştirakçılarından bəhs edən "Əbədi yaşayanlar" adlı kitab yazmış, həmçinin musiqi bəstələmişdir.[15]
İkinci Qarabağ müharibəsindən sonra — 2021-ci ilin iyun ayında "Xocavənd əməliyyatı"nda iştirak etmiş kəşfiyyatçıların ailə üzvləri və yaxınları hərbçilərin həlak olduğu Yuxarı Güzlək kəndini ziyarət ediblər.[6] Ərazidə kəşfiyyatçıların xatirələrini əbədiləşdirmək üçün bulaq tikilib və simvolik bir məzarlıq yaradılıb.[15]