Nord adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Nord adası | |
---|---|
rus. Остров Норд | |
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Eni | 6 km |
Hündür nöqtəsi | 75 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°48′05″ şm. e. 97°51′17″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Nordenşeld arxipelaqının ucqar şərq nöqtəsində yerləşir. Şərq adalar qrupuna daxildir. Bu qrupun şimal-şərq nöqtəsini təşkil edir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir. Kolomeysev adası istisna olaraq digərləridə Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsi ilə ada arasında mədafə 40 km təşkil edir.
Cənubdan şimala doğru genişlənir. Bu hissədə çoxlu sayda buxta və yarımadalar vardır. Adanın şimal-qərbində yerləşən Sevenıy burnundan cənubdakı Foki burnuna qədər ki, məsafəsi 10 milometr təşkil edir. Adanın şimalında eni 6 kilometr, mərkəzi hissəsində isə eni 1-3 kilometr arasında dəyişir. Mərkəzi hissəsində iki bir-birinin əksinə burunlar uzanır: Krustoy (qərb) və Tupoy (şərq). Adanın şimalında girintili-çıxıntılı sahil iki adsız buxta əmələ gətirir.
Adanın böyük hissəsini iki hündürlük dutur. Adanın ən hündür nöqtəsi 75 metrdir. Nord adanın şimal hissəsində böyük bir hissəni əhatə edir. Digər maksimal hündürlük isə 41 metrdir. O isə adanın mərkəz və cənub hissəsini əhatə edir. Ada daxilində daxilindən iki axar axlr. Bu axarlara verilməmişdir. Adsız çaylar qış ayları tamamən donur. Mərkəzi hissədə qərb sahilinə yaxın şirinsulu laqun göl vardır. Şimal hissəsinin ətək əraziləri bataqlıqlaşmışdır.
Ada bitki örtüyündən məhrumdur. Şimal hissəsində dəniz quşları yuva qururlar. İqlimi olduqca sətdir. Yay ayları istisna ilin qalan müddətləri ətrafı və üzəri buzla örtülü olur. Bununla velə yay ayları belə üzən buzkarı müşahidə etmək mümkündür. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]. Qış ayları adalar arasında olan boğazların donması ilə məməlilər asanlıqla hərəkətinə imkan yaranır
Bu arxipelaqa daxil olan adalar kimi 1901-ci ildə kəşf edilmişdir. 1930-cu ildə ada hidroqrafik xidmətlər üçün istifadə edilən «Nord»[2] gəmisinin şərəfinə adlandırılmışdır. Şimal hissəsində yerləşən Foki burnu öz adını 1939-cu ildə Georgi Yakovleviç Sedovun rəhbərlik etdiyi barkın şərəfinə adlandırılmışdır[2]. .