Bianki adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Bianki adası | |
---|---|
rus. Остров Бианки | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 97 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°45′11″ şm. e. 97°26′34″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Yevgeni Fyodorov adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır.
Daxil olduğu qrupun və Nordenşeld arxipelaqının ən iri adalarından biridir. 90° F hərifini xatırladır. Qərbdən şərqə uzanaraq, əsas hissəsindən iki çıxıntı çıxır. Adanın uzunluğu 13 kilometrdən birqədər azdır. Enli hussəsi isə 5,5 kilometrdir. İki yarımada daxilində Oktrıtıy buxtası yerləşir. Buxtanın dərinliyi 30 metrdir. Adanın böyük hissəsini qayalıqlar əhatə edir. Əsasən üç iri yüksəkliyi vardır: 42 metr (qərb), 97 metr (mərkəzi) və 61 metr (şərq). Özünün hündürlüyünə görə ada arxipelaqda ancaq Çabak adasına uduzur (107 m). Yay ayları bütünlüklə buzdan azad olur. Arktiq qurşaqda yerləşməsi ilə əlaqədar iqlimi soyuqdur. Bununla belə yay ayları temperatur müstətin üzərində olur. Son on illiklər boyunca Arktik buzlaqların əriməsi müşahidə edildiyindən hava getdikcə istiləşir. Hətta bölgə üçün xas olmayan maksimum temoeraturlar qeydə alınır.
Şimaldakı yüksəkliklərdən cənub sahilinə doğru qışda donan axarlar axır. Qərbində və mərkəzi hissəaində çoxlu sayda göllər vardır. Sahilə yaxın bölgələri əsasən bataqlıqlaşmışdır. Təpəliklər əsasən sərt suvurlardan təşkil olunmumdur. Qış ayları üzəri bütünlüklə buzla örtülür. Materikə yaxın yerləşməsi bir çox məməliləri və quşları özünə cəlb edir. Sahillərində ağ ayılar belə gönünür. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]
Bianki adası arxipelaqa daxil olan digər adalar kimi 1901-ci ildə kəşf edilmişdir. Adanı ilk dəfə Fyodr Abdreeviç Mstisen xəritəyə salmışdır. Ada hənin ildəcə Eduard Vasikeeviç Toll tərəfindən rus zooloqu, orintoloqu və entomoloqu Valentin Vstentinoviç, Lyoviç Bianki, məmhur uşaü şairo olan Vitali Valentinoviç Biankinin atasının şərəfinə adlandırılmışdır[2].