North American B-25 Mitchell (North American NA-62), İkinci dünya müharibəsi dövründə ABŞ Silahlı Qüvvələrinin quru qoşunları, hərbi hava qüvvələri donanmasının hava qüvvələri tərəfindən Üçüncü Reyx və Yaponiyaya qarşı istifadə etdiyi cüt motorlu, North American Aviation tərəfindən istehsal olunan bombardmançı təyyarə.
North American B-25 Mitchell | |
---|---|
İstehsalçı | North American Aviation |
İlk uçuş | 19 avqust 1940 |
İstismara verilmə tarixi | 1941 |
İstimarının bitmə tarixi | 1979 |
İstismarçılar | |
Buraxılış sayı | 9.984 |
Vikianbarda əlaqəli mediafayllar |
Təyyarənin adı general Billy Mitchelldən gəlir. B-25 Mitchell, xüsusi bir insan adı daşıyan hava qüvvələrinin yeganə təyyarəsidir. Mitchell, Birləşmiş Ştatların hava qüvvələrinin qurulması və inkişafında mühüm xidmətləri olmuş öncül bir əsgərdir.
İstehsalı başa çatana qədər təxminən 10,000 B-25 səmaya qalxa bilmişdir. Bunların içərisində ondan ilhamlanaraq hazırlanmış bəzi versiyaları da vardır. Məsələn, Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi PBJ-1 bombardmançı təyyarəsi və Hərbi Hava Qüvvələrinin istifadə etdiyi F-10 fotoqrafik kəşfiyyat təyyarəsi kimi.
Yaponiyanın Pearl Harbor hücumundan sonra, qisas hücumu olaraq planlaşdırılan “Doolittle Raid” (komandir: podpolkovnik Jimmy Doolittle) adlı hücumda istifadə edildi və daha çox B-25 adını buradan dünyaya tanıtdırmışdır.
28 iyul 1945-ci il, səhər saat 9:49-da bir ədəd B-25 Empayr Steyt Bildinq binasının şimal fasadına çırpılmışdır. 79 və 80-ci mərtəbələrə tuş gələn bu qəza nəticəsində 14 nəfər ölüb. Onlardan 11-i binada olanlar, qalanları təyyarənin ekipajı idi.