Nquyen Van Thiyeu

Nquyen Van Thieu və ya Thiyeu (vyet. Nguyễn Văn Thiệu, vyetnam: [ŋʷǐənˀ vān tʰîəwˀ]  ( dinlə); 5 aprel 1923[1][2][…]29 sentyabr 2001[3][1][…], Nyuton[d], Massaçusets) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti.

Nquyen Van Thieu
vyet. Nguyễn Văn Thiệu
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1923(1923-04-05)[1][2][…]
Vəfat tarixi 29 sentyabr 2001(2001-09-29)[3][1][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult[4]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Dini katolisizm
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-leytenant

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir.[a]

Dininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır.

1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi.

O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir. O, 1975-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Şimali Vyetnam qoşunları irəlilədikcə yüksək rütbəli hərbi rəhbərlər ölkədən qaçmağa başlamışdılar. 21 aprel 1975-ci ildə Thieu səlahiyyətlərini vitse-prezident Çan Van Hıonqa tapşırmış və ölkədən Tayvana getmişdir. 30 aprel 1975-ci ildə Vyetnam Respublikası qeyd-şərtsiz təslim olmuşdur.

Thieu Tayvandan Birləşmiş Krallığa köçmüş, burada SurreyLondonda yaşamışdır. O, daha sonra ABŞ-yə köçmüş və burada 2001-ci ildə vəfat etmişdir.[5]

  1. Digər tərəfdən, Nquyen soyadı Vyetnamda o qədər geniş yayılmışdır ki, yalnız bu soyad ilə xatırlanması da münasib hesab edilmir.
  1. 1 2 3 4 Nguyen Van Thieu // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Nguyen Van Thieu // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Vyetnamca Vikipediya (вьетн.).
  5. "Nguyen Van Thieu : Biography". schoolnet.co.uk (ingilis). 2006-09-09 tarixində arxivləşdirilib.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]