Nquyen Nqok Tho Varlı bir torpaq sahibinin ailəsində anadan olmuşdur. O, Lonqsyuyen Vilayət İdarəsində əmək fəaliyyətinə 1930-cu ildə başlamışdır. Nquyen Nqok Tho İkinci Dünya müharibəsindən sonra imperator Bao-dayın başçılıq etdiyi, Fransaya sadiq Vyetnam kukla dövlətində daxili işlər naziri təyin edilmişdir. Ölkə bölündükdən və Vyetnam Respublikası elan edildikdən sonra onun Yaponiyadakı ilk səfiri təyin edilmişdir. Diplomatik missiyasının böyük hissəsini ombasının sınığı səbəbindən əsasən yataqda keçirsə də, İkinci Dünya müharibəsi zamanı ölkəsinin işğalı dövrünə görə Yaponiyadan təzminat almağa nail olmuşdur.
Jacobs, Seth. Cold War Mandarin: Ngo Dinh Diem and the Origins of America's War in Vietnam, 1950–63. Lanham, Maryland: Rowman & Littlefield. 2006. ISBN0-7425-4447-8.
Kaiser, David E.American Tragedy: Kennedy, Johnson, and the Origins of the Vietnam War. Cambridge, Massachusetts: Harvard University Press. 2002. ISBN0-674-00672-0.