Nquyen Thi Din

Nquyen Thi Din[2] (vyet. Nguyễn Thị Định; 15 mart 192026 avqust 1992, Bençe) — Vyetnam inqilabçısı, Cənubi Vyetnamın milli azadlıq hərəkatının lideri.

Nquyen Thi Din
vyet. Nguyễn Thị Định
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1920(1920-03-15)
Vəfat tarixi 26 avqust 1992(1992-08-26) (72 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Qoşun növü Vyetnam Xalq Ordusu
Döyüşlər
Rütbəsi general-mayor
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], Vyetnam müharibəsi[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nquyen Thi Din və Yozef Urbanoviç

, 1976-cı il]]

Nquyen Thi Din 15 mart 1920-ci ildə Fransa Hind-Çinində, Zyonqçom mahalının Lıonqhoa icmasında kəndli ailəsində anadan olmuşdur. O, 18 yaşında inqilabi mübarizəyə qoşulmuşdur. 1939-cu ildə Fransa müstəmləkəçiliyinə qarşı milli azadlıq hərəkatında iştirak etdiyinə görə həbs edilmiş və 1943-cü ilə qədər həbsdə olmuşdur. Vyetnam imperiyasına son qoyan 1945-ci il Avqust inqilabında fəal iştirak etmişdir. 1945–1954-cü illər Birinci Hind-Çin müharibəsi dövründə Vətənin Xilaskarlığı Uğrunda Qadınlar Assosiasiyasında və Vyetnam Milli Birliyində (Lyen-Vyet) rəhbər işlərdə olmuşdur.

1960-cı ilin yanvarında Mekonq deltasında partizan müharibəsinin kimi prezident Nqo Din Zyem hökumətinə qarşı üsyanın qərargahına rəhbərlik etmişdi.[3] 1961-ci ildən Cənubi Vyetnamın Azadlığı Uğrunda Qadınlar Birliyinin sədri, Cənubi Vyetnamın Azadlığı Uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini olmuşdur. 1964-cü ildən Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvüdür.1975-ci ildə Vyetnam müharibəsi başa çatdıqdan və ölkə birləşdirildikdən sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsində işləmişdir. O, Vyetnam Xalq Ordusunda general-mayor hərbi rütbəsini alan ilk qadın olmuşdur.1987-ci ildən ömrünün sonuna kimi Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri (vitse-prezidenti) vəzifəsində çalışmışdır. 26 avqust 1992-ci ildə vəfat etmişdir.

  1. 1 2 Nguyễn, Thị Ðịnh // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "66 il saçını yumadan uzatdı - Piton ilanına bənzətdi - FOTO, son xeberler". Sonxeber.az. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
  3. "Ву Кань. Тропа Хо Ши Мина: Легенды и были". 2012-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-20.
  4. "О Нгуен Тхи Динь на сайте druzhbanarodov.ru".[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]