Nubar Ozanyan (erm. Նուպար Օզանեան)[3] və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub.
Nubar Ozanyan | |
---|---|
erm. Նուպար Օզանեան | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Orxan Bakırcıyan (Psevdonim) |
Doğum tarixi | |
Doğum yeri | Yozğad, Türkiyə |
Vəfat tarixi | (61 yaş) |
Vəfat yeri | Raqqa, Suriya |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | Türkiyə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | TKP/ML |
Qoşun növü | |
Xidmət illəri | 1980–2017[1] |
Rütbəsi | Rocavadakı TİKKO əməliyyatlarının komandiri[2] |
Döyüşlər |
Türkiyədə Maoist qiyamı İlk Fələstin İntifadası Livan vətəndaş müharibəsi Qarabağ müharibəsi Türk–kürd münaqişəsi Suriya vətədaş müharibəsi |
Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş,[1][4] orada Yılmaz Güneyi müdafiə etmişdir.[2] Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur. Ozanyan 1988-ci ildə, İlk Fələstin İntifadası zamanı Fələstinə getmiş, orada Fələstin Xalq Azadlıq Cəbhəsinə qoşulub İsrail qüvvələri ilə döyüşmüşdür.[2][5][6] O, 1991–1992-ci illərdə Dağlıq-Qarabağ müharibəsində iştirak etmiş və qətliamlar törədmişdir.[7][8] Ozanyan 1992-ci ildə Türkiyənin Tunceli ilinə qaçmış və oradakı yerli Maoist qiyamına qoşulmuşdur.[4] Ozanyan bu dövrdə TKP/ML partiyasının yüksək rütbələrinə çatmış, partiyanın mühüm təşkilatçısı, ideoloqu, hərbi məqşqçisi cəbhə komandiri olmuşdur.[2]
Ozanyan 2013-cü ildə İraq Kürdüstanında TİKKO döyüşçülərinə təlim keçmişdir. O, 2015-ci ilin iyul ayında Suriyada yeni yaradılan Beynəlxalq Azadlıq Batalyonunun komandirlərindən biri olmuşdur. Bu vaxtlarda o, Türkiyədəki TKP/ML partiyasının fəaliyyətini davam etdirməyə cəhd göstərmişdir. Buna görə Ozanyan, 2017-ci ilin əvvəllərində Türkiyənin Tunceli ilinə getmiş, ancaq çox vaxt keçməmiş Şimali Suriyaya geri qayıtmışdır. Nubar Ozanyan İŞİD-in de-fakto paytaxtı olan Raqqadakı döyüşə qoşulmuş, 14 avqust 2017-ci il tarixində isə 61 yaşında vəfat etmişdir.[9]
Ozanyanın ölümü TKP/ML partiyası, İstanbul-əsaslı erməni Nor Zartonk hərəkatı,[3][10] BİXPQ,[2][4][6] TXAP-C/MLSTB,[11] AMLP,[12] və FXAC tərəfindən gileylənmişdir.[5]
Nubar Ozanyan erməni, türk və rus dillərində oxuya, yaza və danışa bilirdi. Bir neçə kitabı erməni dilinə tərcümə etmişdir.[13]