Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti.
Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2014-cü ildən bu günə kimi Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri çalışır.Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılmışdır. O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 2018-ci ildə UNESCO-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (Türksoy) 25 illiyi ilə əlaqədar konsertdə çıxış edib. 2019-cu ildə İstanbulda keçirilən Azərbaycan Kültür Dərnəyinin yaranmasının 80 illiyi ilə əlaqədar konsertdə çıxış edib. 2019-cu ildə Türkiyənin Şanlıurfa şəhərində keçirilən "Müziğin İzinde 4 Kardeş Şehir" adlı konsertdə və Türkiyənin Camal Rəşid Rey adına İstanbul konsert salonunda konsertdə çıxış edib.Nuriyyə Hüseynova həmçini ABŞ-nin Çiqaqo və Miçiqan ştatlarında uğurlu solo konsertlər verib. 2016-cı ildə TÜRKSOY-un təşkil ediyi Türkəmistanın Marı şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçildiyinə görə konsertdə uğurlu çıxışına görə Türkmənistanın ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən xüsusi mükafatına layiq görülüb.[1]. 2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edir. Nuriyyə Hüseynova 2002-ci ildən Türkiyə, İran, Rusiya,Dubay, Şarja, İordaniya, Küveyt, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Fransa, Almaniya, Rumıniya, Vyana, İsveçrə, Amerika, Kanada, Hindistan, Koreya və dünyanın əksər ölkələrində konsertlərdə Azərbaycan musiqisini uğurla təbliğ etmişdir.
Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən Rasim Gəncəlinin "Qəlbi asiman kimi" və Teymur Bünyadovun "Sən olmasaydın" adlı kitablar çapdan çıxıb.
“Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin rəhbəridir
2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[2]
2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb[3]
- 2002-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə solo konsert
- 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk solo konsertini təqdim etmişdir.
- 2005-ci ildə İçəri şəhərdə «Mədəni irsimizi qoruyaq» layihəsi əsasında Muğam solo konsert
- 2005-ci ildə Küveyt Respublikasında «Şərq müsiqiləri» əsasında keçirilən solo konsert
- 2005-ci ildə Fransa Respublikasında UNESCO-nun təşkil etdiyi konsert
- 2006-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə solo konsert
- 2007-ci ildə ABŞ-də keçirilən Azərbaycan Günləri çərçivəsində keçirilən konsert
- 2007-ci ildə Kipr Respublikasında «Türk dünyası elm-mədəniyyət» konfransında keçirilən konsert
- 2007-ci ildə Rumıniya Respublikasında «Heydər Əliyev parkının» açlışı münasibət ilə keçirilən konsert
- 2008-ci ildə Fransa Respublikasının Strasburq şəhərində TÜRKSOY-un təşkil etdiyi solo konsert
- 2008-ci ildə “İçərişəhər”də “Muğam axşamları” adlı konsert
- 2008-2009-cu illərdə Almanyanın Berlində keçirilən «Azərbaycan sərgisi» çərçivəsində konsert
- 2010-cu ildə Almaniyanın Ştutqart şəhərində keçirilən «Azərbaycan inciləri» adlı solo konsert
- 2012-ci ildə Kanada Respublikasında «HARAY HARAY MƏN TÜRKƏM» adlı solo konsert
- 2013-cü ildə Özbəkistan Respublikasında «Azərbaycan xalq sənəti sərgisində» təşkil olunan solo konsert
- 2013-cü ildə Fransa Respublikasında UNESCO-nun və TÜRKSOY-un təşkil etdiyi «Novruz şənliyi» solo konsert
- 2014-cü ildə Fransa Respublikasında UNESCO-nun təşkil etdiyi Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyinə həsr olunmuş solo konsert
- 2014-cü ildə ABŞ-də TÜRKSOY-un təşkil etdiyi Vaşiqtonda «Novruz şənliyi» solo konsert
- 2015-ci ildə Vyana Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qədim Musiqi Alətləri ansamblının və Nuriyyə xanımın solo konserti.
- 2015-ci ildə Bakı Beynəlxalq Muğam Mərkəzində “Bayraq Günü”nə həsr olunmuş konsert
- 2016-cı ildə Bakı Beynəlxalq Muğam Mərkəzində Qədim Musiqi Alətləri Dövlət Ansamblı ilə solo konsert
- 2016-cı ildə Almaniyanın Hannover şəhərində yerləşən «Şərq Muzeyi»ndə Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş konsert
- 2017-ci ildə Avstriyanda «Salam Orienr» musiqi festivalı çərçivəsində Vyana Konservatoriyasının Vertovz Kamera Orkestri və Milli alətlərin sintezi ilə böyük solo konsertdə çıxış edib
- 2017-ci ildə Bakı Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblı ilə konsert
- 2017-ci ildə Bakı Beynəxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş konsert
- 2018-ci ildə "Dədə Qorqud" ("İrs") ansamblı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” ilə əlaqədar «Vətənimizi sevirik bura vətəndir» adlı solo-konsert
- 2019-cu ildə Heydər Əliyev adına Respublika Sarayında “Eşq bir sirdir” adlı solo-konsert.
- 2021-ci ildə İstanbulda Camal Rəşid Rəy konsert salonunda Məhəmməd Füzuliyə həsr olunmuş poeziya gecəsi
- 2021-ci ildə Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvi 880 yubileyinə həs olunmuş solo konsert (Qorqud Folklor ansambılı ilə birgə)
- 2021-ci ildə Beynəlxalq Muğam Mərkəzində Aşıq Ələsgərin 200 illiyinə solo konsert (Qorqud Folklor ansambılı ilə birgə)
- 2021-ci ildə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində TÜRKSOY-un təşkilatçılığı ilə Nizami Gəncəvi 880 yubiley konserti (Qorqud Folklor ansambılı ilə birgə)
- 2022-ci ildə Qədim Musiqi Alətləri Dövlət Ansamblı ilə yubiley solo konsert
- 2022-ci ildə Macarıstan Hun Türklərin TURAN Qurultayı
- 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzində "Yunus Əmrə aşiqləri" konserti
- 2022-ci ildə Naxçıvan Beynəlxalq Tibbi forum
- 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzində Şəhid analarına həsr olunmuş konsert
- 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzində "Mən bir yaz gülüyəm" albomun təqdimatı və Nuriyyə Hüseynovaya həsr olunmuş "Ləyaqət simvolu" adlı kitabın təqdimatı
- 2023-cü ildə Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı konsert
- 2023-cü ildə Heydər Əliyev 100 illiyinə həsr olunmuş "Bir millət, iki dövlət" konserti
- 2023-cü ildə Cemal Reşid Rey konsert salonunda baş tutan konsert proqramı “Nəsimi Divanı” konserti
- 1981-ci ildə Bakı “Gənc ifaçılarının xalq mahnıları və muğam ifaları” festivalı (qalib olmuşdur)
- 1983-cü ildə Səmərqəndə keçirilən “Beynəlxalq musiqi” musiqi simpoziyumu (qalib olmuşdur).
- 1983-1987 hər il keçirilən “Muğam mahnı” musiqi festivalı (qalib olmuşdur).
- 2002-ci ildə Fransa Respublikasının Selesta-Ersten şəhərində keçirilən musiqi festivalı.
- 2006-ildə Türkiyə İRCİCA təşkilatının festivalı
- 2008-ci ildə Almaniyanın Berlin şəhərində keçirilən “Land des Feuers Aserbaidschan in Deutschland 2008” festivalı
- 2008-ci ildə Hun Türklərinin 16-cı qurultayı
- 2009-cu ildə Muğam Mərkəzində keçirilən Beynəlxalq Muğam Festivalında Şüştər muğam dəstgahın ifasına görə qalib olmuşdur.
- 2012-cı ildə Hindistanın Kolkata şəhərində “ Sufi Sutra” festivalı
- 2013-cı ildə ”III beynəlxalq muğam Festivalı
- 2014-cü ildə Qazaxıstanda keçirilən “Dede Korkut və Ulu Bozkır” musiqi festivalı
- 2015-ci il Cənubi Koreyada keçirilən “Azerbaijan land of fire” festivalı
- 2015-2017-ci illərdə Şəki “İpək yolu V beynəlxalq musiqi festivalı"
- 2017-ci Qazaxıstanda keçirilən ULUDALİ festivalı
- 2019-ci ildə Gədəbəydə Milli Yaylaq Festivalı
- 2022-ci ildə Şuşa Xarıbülbül musiqi Festivalı
- 2023-ci ildə Milli Muğam Müsabiqəsi
- Cavad xan. Filmin filmi (film, 2007)
- Cavad xan (film, 2009)