Eyci Oçiay (落合英二?, 26 iyun 1898, Urava[d] – 4 noyabr 1974) – Yaponiya farmakoloqu.
Eyci Oçiay | |
---|---|
Doğum tarixi | 26 iyun 1898 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 noyabr 1974 (76 yaşında) |
Təhsili | |
Fəaliyyəti | farmakoloq |
Mükafatları |
26 iyun 1898-ci ildə Yaponiyanın Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Atası pedaqoq idi. 1911-ci ildə Çiba prefekturasında yerləşən liseyə daxil olmuşdur. Fiziki cəhətdən zəif uşaq olduğu üçün dərman bitkiləri toplamağa həvəsi yaranmışdır.[1]
1919–1922-ci illərdə Tokio Universitetinin tibb fakültəsinin farmakologiya kafedrasında təhsil almışdır. 1926-cı ilin dekabr ayında Tayvana səyahət edərək bitkilər toplamışdır. 1928-ci ildə sinomeninin quruluşu haqqındakı işinə görə farmakologiya üzrə doktorantura dərəcəsi əldə etmişdir. Həmin il evlənmişdir. 1930–1932-ci illərdə Almaniyanın Frayburq Universitetində təhsil almışdır. 1934-cü ildə Çiba Tibb Universitetində işləməyə başlamışdır. 1938–1959-cu illərdə Tokio Universitetinin professoru və farmakologiya kursunun rəhbəri olmuşdur.[1]
Oçiay sinomenin və matrin kimi bitki alkoloidləri haqqında 470 məqalənin müəllifi olmuşdur. 1953-cü ildə Yaponiya Farmakolgiya Cəmiyyətinin vitse-prezidenti təyin olunmuşdur. 1963-cü ildə ABŞ Farmakologiya Akademiyasının fəxri üzvü seçilmişdir.[2]
Oçiay 1944-cü ildə aromatik heterotsiklik əsaslar haqqında yazdığı məqaləyə görə Yaponiya Elmlər Akademiyası Mükafatını qazanmışdır. 1967-ci ildə Fucihara mükafatını qazanmışdır. Yaponiya hökuməti tərəfindən 1968-ci ildə II dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə, 1969-cu ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. 1974-cü ildəki ölümündən sonra I dərəcəli "Müqəddəs xəzinə" ordeninə layiq görülmüşdür.[1]