Odinin axtarışında (norv. Jakten på Odin) — Norveç səyyahı Tur Heyerdalın Rusiyanın Azov qəsəbəsində həyata keçirilən arxeoloji qazıntı işləri barədə 2001-ci ildə yazdığı kitab.
Odinin axtarışında | |
---|---|
norv. Jakten på Odin | |
| |
Müəllif | Tur Heyerdal |
Orijinalın dili | Norveç dili |
Ölkə | Norveç |
Orijinalın nəşr ili | 2001 |
Nəşriyyat | Stenersens forlag |
Səhifə | 319 |
ISBN | 82-7201-316-9 |
Tur Heyerdalın bu səyahətindəki əsas məqsədi İslandiya tarixçisi Snorri Sturlusonun XIII əsrdə Skandinaviyanın qədim hakim sülalələri və xristianlıqdan əvvəl yerlilərin pərəstiş etdiyi tanrıların mənşəyi barədə yazdığı İnqlinqa saqasının həqiqət olduğunu isbat etmək idi. Snorri kitabında evheremist məlumat verir. O, burada Odin və digər Asar tanrılarının romalı işğalçılardan qaçmaq üçün Don çayı ərazisindən Skandinaviyaya köçdüyünü iddia edir. Snorrinin irəli sürdüyü fikrə görə, onlar yerli əhalini elə valeh etmişdilər ki, artıq ilahiləşdirilmişdilər.[1]
Heyerdal Qara dənizdən Don çayına üzərək Asar tanrılarının mənşəyini axtarmağa çalışırdı. Heyerdahl 2002-ci ildə həlak olan zaman qazıntı işlərinin ikinci mövsümü hələ yeni sona çatmışdı.[2]
Tur Heyerdalın Odinin axtarışında layihəsi Norveç akademiklərdən sərt tənqidlər almışdır. Odin layihəsi barədə olan birinci kitab – Sərhədsiz (1999) və ikinci kitab – Odinin axtarışında (2001) nəşr olunduğu gündən tanınmış akademiklərin sərt və ətraflı tənqidlərinə məruz qalmışdır. İkinci kitabından nəşrindən sonra Heyerdala qarşı edilən hücumlar çoxu tərəfindən bihörmət hesab edilirdi. Buna cavab olaraq, rəylərin müəllifi olan beş əsas akademik populyar ədəbiyyatın belə müfəssəl tədqiqə müsbət baxmamasına baxmayaraq, bunun zəruri olduğunu düşündüklərini açıqlamışdır.[3]
Tənqidçilər Norveçin akademik icmasının adından danışaraq Heyerdalın nəzəriyyəsini "psevdoarxeologiyanın bariz bir nümunəsi" adlandırıblar. Onların dediklərinə görə, Heyerdalın nəzəriyyəsinin əksər hissəsinin skandinav mifologiyası və yer adları ilə Pont-Xəzər çöllüyündə və Qafqaz regionunda tapılan yer adları arasındakı oxşarlıqdan ibarətdir. Tənqidçilər Heyerdalın bu adları bir-birləriylə linqvistik nəzəriyyəyə məhəl qoymadan etdiyini irəli sürürlər.[4]
Heyerdalın iddiasına görə, Azov adının e.ə. I əsrdə as-hof (azərb. Asar məbədi) söz birləşməsindən törəmişdir. Müasir linqvistlər və tarixşünaslar Azov qəsəbəsi türk mənşəli olduğunu və XI əsrdə salındığını irəli sürürlər. Bunlara əlavə olaraq, Tur Heyerdal Asar ilə Azərbaycan, Odin ilə Udi, Tor ilə türk, Vanir ilə Van adları arasında olan oxşarlığı da qeyd etmişdir.
Heyerdalı təqnid edən linqvist və tarixşünaslar bu adlar arasındakı oxşarlığın təsadüfdən başqa bir şey olmadığına inanırlar. Onlar Heyerdalın bu dillərin təkamül prosesinə baxmağa cəhd göstərmədiyini və onlarl anaxronik olaraq müqayisə etdiyini deyirlər. Məsələn, diaxron linqvistlər Odinin iki min il əvvəl Votanaz adlandırıldığına inanırlar. Onlar həmçinin Heyerdalın fərziyyəsinin qədim və ya orta əsrlərdə istifadə olunan german adlarının türk və Qafqaz dillərinə özəl olan sözlərlə olan əlaqəsini başa salmaqda uğursuz olduğunu bəyan edirlər. Buna baxmayaraq, İsveç professoru Oke Daun kimi akademiklər əslən türk olan hunların qotlara hökmranlıq edən elit bir təbəqə olduğuna inanırlar.[5]