Votanaz

Odin və ya Votan (q.skan. Óðinn) — German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir.

Odin
q.skan. Óðinn
Mifologiya German-skandinav
Adının izahı "təhrik", "hiddət", "şeir"
Cinsi kişi[d]
Atası Byor
Anası Bestla
Qardaşı Vili, Be
Arvadı Friqq
Uşaqları Tor, Loki, Baldr, Vidar, Vali, Tur, Hod, Hermod
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tanrıların atası

[redaktə | mənbəni redaktə et]

Tanrıların atası (Allfather — Hər kəsin atası); Asqarddakı sarayı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir. Bundan əlavə, yer üzü və səmanın hakimidir, lazım olduğunda qartala çevrilə bilir. Odinin yalnız günəş kimi parlayan tək bir gözü vardır. Digər gözünü müdriklik quyusundan su içə bilmək üçün fəda etmiş və sonsuz bilik əldə etmişdir. Xəbərçiləri valkürlər ölü döyüşçülərin ruhlarını Valhallaya daşıyırlar. İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir.

Odin Sleypnirlə Valhallaya gedir

Heç vaxt hədəfdən yayınmayan nizəsi "Qunqnir", hər doqquzuncu gecədə yeni səkkiz üzük meydana gətirən üzüyü Draupnir və səkkiz ayaqlı atı Sleypnirdir. Sleypnir suda, quruda və havada gəzə bilir, bundan əlavə, iki quzğunu vardır. Bu quzğunlar ona dünyadan xəbərlər gətirir. Quzğunlardan birinin adı Huqin (düşüncə), digərinin adı isə Munindir (yaddaş). Ayrıca, ona Freki və Geri adında iki qurd yoldaşlıq edir. Əlindəki nizə isə 9 yaxud 7 gün asılı qaldığı İqqdrasil, həyat ağacında "Run əlifbası"nı öyrəndikdən sonra xilas olarkən qopardığı bir budaqdan düzəldilmişdir. Raqnarök günü gəldiyində, Fenrir (yaxud Fenris) Odini öldürəcək.

Odinin övladları

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı Friqdən olan oğulları Baldr, Hyod Braqi və Hermod, ilahə Yorddan olan uşağı Tor və nəhəng Qriddən olan oğlu Vidardır. Bu da ona yeni bir ünvan qazandırır; Tanrıların tanrısı.

  • Odinin torpaq Yorddan (altern. Fyorgün və ya Friqq) doğulan oğlu: Tor.
  • Odinin Friqqdən olan oğulları: Baldr, Hyod, Hermod.
  • Odinin Rinddən oğlu: Vali.
  • Odinin Qriddən oğlu: Vidar.
AsarlarVanlar şəcərəsi
                                                                                 
  Buri   Bölthorn  
     
     
  Delling   Nott   Bör   Bestla   Fjörgin  
       
             
  Daq 2. Yörd   Vili   Ve   Odin 1. Friqq   İvaldi  
         
               
             
  Thiaçi   Sif   Thor   Nanna   Baldr   Hödr   Hermodr   Braqi İdun  
               
                     
  Nerthus   Nyördr   Skadi Ullr   Thrud   Forseti  
   
     
  Gerda   Freyr Freya 4. Qrid   Odin 3. Rind  
       
                   
  Fyölnir   Vidar   Vali  
 

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Odin digər german tanrı və ilahələriylə birlikdə german neopaqanlar tərəfindən qəbul edilir. Xüsusilə, onun Skandinaviya forması kimi qəbul edilən "Ásatrú" İslandiya, Danimarka, Norveç, İsveçİspaniyada rəsmi olaraq tanınan bir dindir.

Orta əsrlər və mifologiyadakı tarixi hadisələrdən ilhamlanaraq yazdığı mahnılar ilə "Heavy Metal"ın köklü qruplarından biri olan "Manowar" 2006-cı ildə "The Sons Of Odin" adlı bir EP albom buraxmışdır. Bundan əlavə "Manowar" 2007-ci ildə "Gods Of War" adlı albom buraxmışdır, bu albomdakı bütün mahnılar Skandinaviya mifologiyasına aiddir. Əksəriyyəti Odinlə əlaqədar mahnılardır ("The sons of Odin", "Odin", "The blood of Odin", "Overture to Odin" və s.). Lakin tam bir vikinq qrupu olan "Amon Amarth" az qala bütün mahnılarında Skandinaviya tanrılarından və Odindən bəhs edir. "Twilight of The Thunder God" mahnısında Odinin ölümündən və onu öldürən qurdun (Fenris) Tor tərəfindən öldürülməsindən bəhs edilir. Bundan başqa, "Black Metal" qruplarından biri olan "Bathory" də bir vikinq metal qrupudur və mahnılarında tez-tez Odin, Tor və Vallhalladan bəhs edir.