Okavanqo deltası


Okavanqo deltasıBotsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası. Delta bataqlaşmışdır və dayazdır. Deltaya çatan bütün su sonda buxarlanırvə heç bir dənizə və ya okeana axmır. Hər il təxminən 11 km3 (2.6 kub mi) su 6,000–15,000 km2 (2,300–5,800 kv. mil) sahəyə yayılır. Suyun çoxu cənuba doğru dağılır və Nqami gölünü qidalandırır.[1] Okavanqo deltasının bataqlıqları əsasən Holosen dövründə qurumuş böyük çay sistemi olan qədim Makqadikqadi gölünün qalıqlarıdır.[2] Delta, Tanzaniyanın Aruşa şəhərində 11 Fevral 2013 tarixində rəsmi olaraq elan edilən Afrikanın Yeddi Təbii Möcüzəsindən biri olaraq adlandırılmışdır.[3] 22 iyun 2014-cü ildə Okavanqo deltası rəsmi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış 1000-ci yer oldu.[4][5]

Okavanqo deltası
Okavango Delta [* 1]
Ölkə Botsvana Botsvana
Tip Təbii
Kriteriya (vii), (ix), (x)
Keçid 1432
Region Afrika [* 2]
Daxil edilməsi 2014  (38-ci sessiya)
Okavanqo deltası xəritədə
Okavanqo deltası
Okavanqo deltası

Okavanqo deltası, indi populyar bir turistik məkan olan vəhşi təbiət üçün daimi və mövsümi bir evdir.

Buradakı növlərə savanna fili, şir, Mavi qnu, sitatunqa, kisəli ceyran, adi kanna, böyük kudu, duker, adi stenbok, adi köpgəröküz, qara antilop, impala, boz antilop, düzənlik zebri, topi, Cənubi Afrika zürafəsi, liçi, Afrika kəli, begemot,[6] qara kərgədan,[7] ağ kərgədan, Afrika çöl iti, Nil timsahı,[8] leopard,[9] Afrika bəbiri, çakma pavianı,[10] qonur kaftar, xallı kaftar, buxaqlı donuzvervet meymunu daxildir.

Delta həmçinin Afrika balıq qartalı, zolaqlı balıq bayquşu, Misir qazı, Afrika yakanı, Afrika marabusu, kəkilli durna, Afrika ilanboyunu, Kərgədan quşu, dəvəquşu, çəkicbaş, müqəddəs ibis, balıqçıllar, qızlarquşular kimi 400-dən çox quş növününes[11][12] evidir.

Deltadakı və ətrafındakı təxminən 200.000 iri məməlinin əksəriyyəti il boyu daimi sakin deyil: yay yağışları ilə qida üçün təzə sahələr tapmaq üçün köç edir, qış yaxınlaşdıqda isə geri qayıdırlar. Böyük camış və fil sürülərində təxminən 30.000 heyvan var.

Delta müxtəlif bitkilər üçün sığınacaqdır. Deltanın yuxarı hissəsi sıx papiros kolluqları ilə örtülmüşdür. Daimi su ilə örtülmüş sahələrdə azsayda ağ suzanbağına rast gəlinir.

  1. Keen, Cecil. "Okavango Delta". 1997. 2008-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  2. McCarthy, T. S. "The great inland deltas of Africa". Journal of African Earth Sciences. 17 (3). 1993: 275–291. doi:10.1016/0899-5362(93)90073-Y.
  3. "Seven Natural Wonders of Africa – Seven Natural Wonders". sevennaturalwonders.org. 21 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 March 2013.
  4. Centre, UNESCO World Heritage. "World Heritage List reaches 1000 sites with inscription of Okavango Delta in Botswana". whc.unesco.org. 26 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2018.
  5. Centre, UNESCO World Heritage. "Twenty six new properties added to World Heritage List at Doha meeting". whc.unesco.org. 26 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2018.
  6. McCarthy, T. S.; Ellery, W. N.; Bloem, A. "Some observations on the geomorphological impact of hippopotamus (Hippopotamus amphibius L.) in the Okavango Delta, Botswana". African Journal of Ecology. 36 (1). 1998: 44−56. doi:10.1046/j.1365-2028.1998.89-89089.x.
  7. Galpine, N. J. "Boma management of black and white rhinoceros at Mombo, Okavango Delta—Some lessons" (PDF). Ecologic Journal. 7. 2006: 55−61. 2021-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-22.
  8. Wallace, K. M.; Leslie, A. J. "Diet of the Nile crocodile (Crocodylus niloticus) in the Okavango Delta, Botswana". Journal of Herpetology. 42 (2). 2008: 361−368. doi:10.1670/07-1071.1.
  9. Klein, R. "Status report for the cheetah in Botswana" (PDF). Cat News. Special Issue 1. 2007: 13−21. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-22.
  10. Busse, C. "Leopard and lion predation upon chacma baboons living in the Moremi Wildlife Reserve". Botswana Notes and Records. 12. 1980: 15−21. JSTOR 40980790.
  11. "Okavango Delta Birds". Safaribooking. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2019.
  12. "Birds of the Okavango Delta". Okavango Safaris. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2019.