One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi.[1]
One Man, and a Crate of Puppets | |
---|---|
Emil Paqliarulo | |
Növ | Veb-komiks |
İlk buraxılışı | iyul 2008 |
Şirkət | Bethesda Softworks |
Ölkə | ABŞ |
Dil | İngilis |
Səhifə | 12 |
Rəsmi sayt (ölü; arxivlənmiş nüsxəsi) |
Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir.[2] Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi.
Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır. Kukla-adamda artıq nir neçə şəxsiyyət pozqunluğu yaranır və Volt-Boy kuklasının onunla danışdığını fərz edir. Kukla-adamda artıq dəlilik yaranır və Kralı öldürür. Volt-Boy kuklasıyla danışıb sığınacağın qapısını açmaq qərarına gəlir və qarşısında nəhəng bir radskorpion görür və tez qapını örtür.
Bir müddət sonra Sığınacaq 77 sakini qapını yenidən açır və Cənab Pinç adlandığı nəhəng bir qarışqanı sürərək çöllüyə gedir. Səyahəti əsnasında o, sadəcə bir qolu olan və sığınacaq forması geyən sirli bir xortdanla rastlaşır.
Kukla-adam daha sonra quldarlar tərəfindən əsir olaraq götürülür. Quldarlar Kukla-adamı sadəcə bir qula çevirmək və ya onu yemək barəsində müzakirə apardığı zaman Kukla-adam onları Volt-Boy kuklası barədə xəbərdar etməyə çalışır və "o ciddi olaraq dəlidir, o kimisə qətlə yetirib" deyir. Həmin gecə, quldarlardan biri vahimə ilə digər quldar qruplarına doğru qaçır və onlara "Kukla-adam"ın onun yoldaşını öldürdüyünü və digər quldarları öldürmək üçün yolda olduğunu deyir.
Veb-komiksin son səhnəsi üstü bütün qan olan Sığınacaq 77 sakininin və Volt-Boy kuklasının ölü quldarlar arasında durduğunu göstərir. Təhkiyəçi sığınacaqların müvəffəqiyyətsiz olduğunu etiraf edir və oxucunun yadına salır, "Sığınacaqlar heç kəsi xilas etməyəcəkdi".