Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir.
Fallout Tactics: Brotherhood of Steel | |
---|---|
| |
Hazırlayan | |
Yayımlayan |
|
Seriya | "Fallout" |
Buraxılış tarixi | 15 mart 2001 |
Janrlar | Taktiki rol videooyunu[1][2][3] |
Yaş reytinqləri |
|
Bəstəkarlar | İnon Zur |
Texniki məlumat | |
Platforma | Microsoft Windows |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun[6] |
İnterfeysin dili | ingilis |
Daşıyıcılar | CD (PC üçün), rəqəmsal dağılım (Steam, Good Old Games) |
Sistem tələbləri |
Ümumi
|
İdarəetmə | klaviatura və siçan |
Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir. Sonradan seriyanın əqli mülkiyyətini satın alan "Bethesda Softworks" şirkətinin icraçı prodüseri və oyun rejissoru Todd Hovard "Fallout Tactics" videooyununun kanon olmadığını bildirmişdir.
"Fallout Tactics" önsifarişləri üçün bonus CD də verilmişdir. Bu CD-də "Fallout: Warfare" adında masaüstü miniatür oyunu, eləcə də əsas oyun üçün bonus tapşırıqlar var idi.