Fallout (oyun seriyası)

Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur.

Fallout
Seriyanın loqosu
Janrlar
Yaradıcılar
Nəşrçilər
MüəlliflərTim Keyn[1]
Platformalar
İlk buraxılışFallout
10 oktyabr 1997
Son buraxılışFallout 76
14 noyabr 2018
Rəsmi vebsaytıfallout.bethsoft.com

Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş[2] və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır.

"Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.[3] "Bethesda" seriyanı satın alındıqdan sonra "Fallout"un kütləvi çoxnəfərli onlayn rol oyunu (MMORPG) versiyasını istehsal etmək hüququnu "Interplay" şirkətinə lisenziyalaşdırmışdır. Oyun "Interplay" tərəfindən beta mərhələsinə çatdırılmış,[4] lakin sonradan iki şirkət arasında yaranan mübahisə səbəbilə ləğv edilmişdir.[5]

Başlıq İstehsalçı Yayımçı Buraxılış tarixləri və platformalar
Fallout Black Isle Studios Interplay Entertainment
Fallout 2 Black Isle Studios Interplay Entertainment
  • 1998 — Windows
  • macOS
Fallout 3 Bethesda Game Studios Bethesda Softworks
Fallout 4 Bethesda Game Studios Bethesda Softworks
Başlıq İstehsalçı Yayımçı Buraxılış tarixləri və platformalar
Fallout Tactics: Brotherhood of Steel Micro Forté Interplay Entertainment
  • 2001 — Windows
Fallout: Brotherhood of Steel Interplay Entertainment Interplay Entertainment
  • 2004 — PlayStation 2, Xbox
Fallout: New Vegas Obsidian Entertainment Bethesda Softworks
  • 2010 — Windows, PlayStation 3, Xbox 360
Fallout Shelter Bethesda Softworks

Behavior Interactive

Bethesda Softworks
Fallout 76 Bethesda Game Studios Bethesda Softworks
  • 2018 — Windows, PlayStation 4, Xbox One

Ləğv edilmiş videooyunlar

[redaktə | mənbəni redaktə et]
Başlıq İstehsalçı
Fallout Extreme 14 Degrees East
Fallout Tactics 2 Micro Forté
Van Buren Black Isle Studios
Fallout: Brotherhood of Steel 2 Interplay Entertainment
Project V13 (Fallout Online) Interplay Entertainment

Masthead Studios

Əlavə məzmunlar

[redaktə | mənbəni redaktə et]
Orijinal videooyun Əlavənin başlığı Buraxılış tarixləri və platformalar
Fallout 3 Operation: Anchorage
  • 2009 — Windows, PlayStation 3, Xbox 360
The Pitt
Broken Steel
Point Lookout
Mothership Zeta
Fallout: New Vegas Dead Money
  • 2010 — Xbox 360
  • 2011 — Windows, PlayStation 3
Honest Hearts
  • 2011 — Windows, PlayStation 3, Xbox 360
Old World Blues
Lonesome Road
Gun Runners’ Arsenal
Courier’s Stash
Fallout 4 Automatron
  • 2016 — Windows, PlayStation 4, Xbox One
Wasteland Workshop
Far Harbor
Contraptions Workshop
Vault-Tec Workshop
Nuka-World

Ekranlaşdırılma

[redaktə | mənbəni redaktə et]

"Fallout" üçün bir film adaptasiyasının çəkilişinə 1998-ci ildə "Interplay Films" tərəfindən start verilmişdir. Brent V. Fridman filmin ssenari müəllifi təyin edilmişdir, lakin 2000-ci ildə "Interplay Films" diviziyası ləğv edilmiş və film üzərində iş dayandırılmışdır.[6]

Orijinal oyun əsasında "Radioaktiv yağınta: Nuka tətil" (ing. Fallout: Nuka Break) adlı həvəskar bir film çəkilmişdir. Filmdəki obrazlar sığınacaq sakini, onun qulbasdı yoldaşı Ben və keçmiş bir kölədir.[7] Bəzi səhnələr kuklalarla çəkilmiş və CGI effektlərindən istifadə edilmişdir.[8] "YouTube" platformasına yerləşdirilən film[9] altı hissəyə ayrılmış, birinci hissə 2011-ci ilin sentyabrında yayımlanmışdır.[10] "Gizmodo France" saytı filmdə təqdim olunan fotogen səhra mənzərələrini tərifləmişdir.[11] "GameFront" saytının icmalçısına görə film "Fallout atmosferini mükəmməl şəkildə özündə əks" etmişdir[12] və rəsmi "Bethesda" bloqu filmi "gözəl bir iş" adlandırmışdır.[13]

2013-cü ilin yanvarında "Bethesda" elmi fantastik janrda teleserialı üçün bir ticarət markasını qeydiyyatdan keçirmişdir.[14][15] "Dwell On It" saytının işçiləri tərəfindən qeyd edildiyi kimi, teleserial çəkmək hüquqları şirkət tərəfindən 2009-cu ilin fevralında əldə edilmişdi.[16] Şirkətə görə teleserialın hadisələri nüvə fəlakətindən çıxmış bir dünyada cərəyan edəcək.[17][18] 2020-ci ilin iyul ayında "Amazon Studios"un aylardır davam edən danışıqlardan sonra "Fallout" seriyası əsasında bir teleserial çəkmək hüquqlarını lisenziyalaşdırdığı təsdiqlənmişdir.[19] 2 iyul 2020-ci ildə "Amazon" və "Kilter Films"in iştirakını təsdiqləyən bir tizer yayımlanmışdır.[20] Əlavə olaraq, "Bethesda Game Studios" və "Bethesda Softworks" da teleserialın çəkilişindən məsul olacaq.[21]

  1. Dransfield, Ian. "The History of Fallout". Retro Gamer (186). October 3, 2018: 21.
  2. "Q&A: Feargus Urquhart, Part One". GameSpot.com. October 28, 2008. January 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
  3. "Contract between Bethesda and Interplay Entertainment Corp". April 9, 2007. August 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2007.
  4. "Beta Status for Fallout Online". Betawatcher.com. April 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
  5. "Bethesda acquires Fallout MMO rights". Gameinformer.com. July 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 8, 2013.
  6. Pyotrov, Pyotr. "Interplay готовила экранизацию Fallout". 3DNews Daily Digital Digest (rus). 25 mart 2011. 24 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  7. Plankett, Luk. "This Fallout Web Series Is Pretty Damn Good". Kotaku (ingilis). 30 avqust 2011. 10 may 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  8. Qoldman, Tom. "Fallout: Nuka Break Trailer Persuades You to Love It". Escapist (ingilis). 18 dekabr 2010. 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  9. Talenti, Vinsent. "Fallout: Nuka Break". VT Films (ingilis). 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  10. Hodson, Stiven. "Fan made Fallout film turned into a full fledged web series – Awesomesauce!". Inquisitr (ingilis). 8 sentyabr 2011. 8 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  11. "Court métrage Fallout Nuka Break". Gizmodo France (fransız). 26 yanvar 2011. 9 iyun 2013 tarixində arxivləşdirilib.
  12. Viteyker. "Fallout: Nuka Break Fan Film is Pretty Amazing". GameFront (ingilis). 25 yanvar 2011. 9 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  13. "Grab a cold one and enjoy this Fallout fan vid". Bethesda Softworks (ingilis). 1 fevral 2011. 11 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  14. "Trademark Status & Document Retrieval". Amerika Birləşmiş Ştatları Patent və Ticarət Markası Ofisi (ingilis). 3 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  15. Robinson, Martin. "Fallout Movie Coming?". IGN (ingilis). 20 aprel 2009. 14 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  16. Pyotrov, Pyotr. "Bethesda запатентовала телешоу Fallout". 3DNews Daily Digital Digest (rus). 21 aprel 2009. 16 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  17. Urban, Moris. "Fallout[[[:en:Wikipedia:Link rot|ölü keçid]]]: Bethesda registriert Trademark für TV-Serie". GIGA (alman). 17 yanvar 2021. 3 aprel 2013 tarixində [%5b%5b:en:Wikipedia:Link rot|ölü keçid%5d%5d] arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 1 iyul 2021.
  18. Qoldfarb, Endrü. "Fallout TV Series Could Be on the Way". IGN (ingilis). 16 yanvar 2013. 14 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  19. "KILTER FILMS TEAMS WITH AMAZON STUDIOS TO DEVELOP SERIES BASED ON FALLOUT". Bethesda Softworks (ingilis). 2 iyul 2020. 29 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  20. T. M. Kim, Mett. "Fallout TV Show In the Works at Amazon From Westworld Creators". IGN (ingilis). 3 iyul 2020. 15 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.
  21. Andreyeva, Nelli; Petski, Denis. "'Fallout' TV Series From 'Westworld' Creators Based On Games In Works At Amazon With Series Commitment". Deadline (ingilis). 2 iyul 2020. 28 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]