Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Oqtay Qəşəm oğlu Şahbazov (1 noyabr 1941, İrəvan) — Dövlət xadimi, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2016–2021), Dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu"(2015) Fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilmişdir (2011).
Oqtay Şahbazov | |
---|---|
Azərbaycan KP Mərkəzi Komitəsinin İşlər müdiri | |
13.02.1990 – 31.12.1991 | |
31.12.1991 – 06.04.1992 | |
06.04.1992 – 11.05.1993 | |
11.05.1993 – 15.01.2016 | |
15.01.2016 – 26.01.2021 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1941 (82 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Qəşəm Şahbazov |
Uşağı | |
|
|
Təltifləri |
|
Oqtay Qəşəm oğlu Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlamışdır. 1959–1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxumuş, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam etmişdir, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləmişdir.
1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində işləmiş, 1990-cı ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunmuşdur. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-cı ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. [1]
Evlidir, iki övladı var.