Oqtay Babəli oğlu Cəlilbəyli (28 oktyabr 1955, Ramana) – inşaatçı-mühəndis, dilçi, 2004-cü ildən Bakı Dövlət Universiteti Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, texnika elmləri namizədi (1988), filologiya elmləri doktoru (2016), professor (2017).[1]
Oqtay Cəlilbəyli |
Doğum tarixi |
28 oktyabr 1955(1955-10-28) (69 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Elmi dərəcəsi |
filologiya elmləri doktoru |
Elmi adı |
|
Təhsili |
|
Mühüm layihəsi |
yapon dilçiliyi |
Oqtay Cəlilbəyli 1955-ci il oktyabrın 28-də Sabunçu rayonunun (keçmiş Lenin) Ramana kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Sabunçu rayonunun 198 saylı orta məktəbini bitirmişdir. 1978-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (keçmiş Azərbaycan İnşaat Mühəndisləri İnstitutu) İnşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[1]
- 1978-1981-ci illərdə Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Sənaye Tikintisi Nazirliyinin 8 saylı Trestinin 87 saylı Tikinti İdarəsinin İdman Sarayı obyektində insaat ustası və iş icraçısı işləmişdir.
- 1981-1983-cü illərdə Azərbaycan Memarlıq-İnşaat Universitetində (AzMİU) İnşaat fakültəsinin Komsomol komitəsinin katibi, 1983-1984-cü illərdə İnşaat konstruksiyaları kafedrasında laboratoriya müdiri işləmişdir.
- 1984-1987-ci illərdə Moskva Dövlət İnşaat Universitetinin (keçmiş Moska İnşaat Mühəndisliyi İnstitutu) məqsədli əyani aspiranturasında təhsil almış və “Tağtavan örtükdə mənfi qauss əyrilikli membran şüşə plastikin deformasiya-gərginlik halı” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır (1988).
- 1988-2000-ci illərdə AzMİU-nun İnşaat konstruksiyaları kafedrasında assistent, baş müəllim, dosent işləmişdir.
- 1992-1994-cü illərdə Yaponiyanın Yokohama Dövlət Universitetinin Mühəndislik fakültəsində ixtisası üzrə elmi stajkeçmədə olmuşdur.
- 2000-2004-cü illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında yeni açılmış “Yapon dili və ədəbiyyatı” ixtisası üzrə dosent işləmişdir.[1]
- 2004-cü ildə yeni yaradılmış Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçısı olmuş və hazırda həmin kafedranın müdiri vəzifəsində çalışır.[2]
- BDU nəzdində Beynəlxalq Konfutsi İnstitutunun Azərbaycan Respublikası tərəfindən direktorudur.
- 1996-cı ildə Yaponiyanın Aoyama Qakuin Universitetində Beynəlxalq Mübadilə Günü Seminarında iştirak etmişdir.
- 2000-ci və 2008-ci illərdə Yaponiya Fondunun Yapon dili İnstitutunda pedaqoji təkmilləşdirmə kurslarında təhsil almışdır.
- 1998-2019-cu illərdə Rusiya Federasiyası və MDB dövlətləri Yapon dili Müəllimləri Assosiasiyasının üzvü olaraq, 1998-ci ildən Assosiasiyanın illik konfranslarına qatılmış, Azərbaycan Yapon dili məktəbini təmsil etmişdir.
İnşaat konstruksiyalar üzrə 18, Yapon dilçiliyi üzrə 30-dan artıq məqalə Azərbaycan, ABŞ, Yaponiya, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdə, o cümlədən üç məqalə Tomson Reuters Agentliyinin indeksli jurnallarlnda çap edilmişdir.
- Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi münasibətilə ilə “BDU-nun 100 illik yubiley medalı (2019)
- Azərbaycanda “Yapon dili” məktəbinin yaradılması missiyasını uğurla həyata keçirməsinə görə Yaponiya Hökumətinin Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni və Diplomu (28 yanvar 2022)
- Altay dilləri nəzəriyyəsi və yapon dili. Bakı, “Nurlan” nəşriyyatı, 2004, 112 s.
- Yapon dilində feillərin leksik-qrammatik kateqoriyalarının bəzi xüsusiyyətləri. Bakı, “Nurlan” nəşriyyatı, 2007, 146 s.
- Yapon dili (Minna no Nihongo) Mətn sözlüyü. Dərslik, Bakı, “Mütərcim” nəşriyyatı, 2016, 111 s.
- Qədim dövr və orta əsrlər yapon ədəbiyyatı. Bakı: “Mütərcim” nəşriyyatı, 2018, 289 s.
- Yapon dili (Minna no Nihongo) Dərslik, Tokio: 3A-Network, 2018, 51 s.
- Yapon dili (Minna no Nihongo) Qrammatika. Dərslik, Bakı, “Mütərcim” nəşriyyatı 2019, 144 s.