Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Oqtay Güləliyev (27 iyun 1970, Bakı) — azərbaycanlı siyasətçi, hüquqşünas.
Oqtay Güləliyev | |
---|---|
Sədr | Mirmahmud Mirəlioğlu |
27 iyul 1995 – ? | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyun 1970 (54 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Oqtay Əligüşad oğlu Gülalıyev 1970-ci ildə Azərbaycan SSR Bakı şəhərində anadan olub. 1998-ci ildə Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və hüquqşünas kimi çalışıb.
2010-cu ildə Sabirabad rayonunda böyük daşqından əziyyət çəkmiş sakinlərin hüquq-müdafiə işi ilə məşğul olan "Kür" vətəndaş cəmiyyəti qərargahına rəhbərlik edib.
2012-ci ildə Gülalıyev bir qrup hüquq müdafiəçisi və keçmiş siyasi məhbusla birlikdə hüquq müdafiə təşkilatını — "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansını (SMAİA) yaradıb.[1]
2013-cü ildə Oqtay Gülalıyev Demokratik Qüvvələrin Milli Şurasından müxalifətin namizədi Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri olub.
2016-cı ildə Oqtay Gülalıyev Azərbaycanın siyasi məhbuslarının siyahısı üzərində işləyib. Onunla birlikdə siyahı üzərində xaricdə yaşayan hüquq müdafiəçisi Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov da çalışıblar.[2]
2017-ci il yanvarın 28-də O. Gülalıyev bundan öncə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyi və Siyasi Məhbusların Monitorinqi Mərkəzi tərəfindən yaradılmış işçi qrupunun bazasında yaradılan Siyasi Məhbusları Müdafiəsi Mərkəzinin (SMMM) koordinatorlarından biri olub.