Oqtay Gülalıyev

Oqtay Güləliyev (27 iyun 1970, Bakı) — azərbaycanlı siyasətçi, hüquqşünas.

Oqtay Gülalıyev
bayraq
Klassik Xalq Cəbhəsi Partiyası sədrinin strateji məsələlər üzrə müavini
bayraq2
SədrMirmahmud Mirəlioğlu
bayraq
Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri
bayraq2
27 iyul 1995 – ?
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1970(1970-06-27) (54 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, insan hüquqları fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oqtay Əligüşad oğlu Gülalıyev 1970-ci ildə Azərbaycan SSR Bakı şəhərində anadan olub. 1998-ci ildə Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və hüquqşünas kimi çalışıb.

2010-cu ildə Sabirabad rayonunda böyük daşqından əziyyət çəkmiş sakinlərin hüquq-müdafiə işi ilə məşğul olan "Kür" vətəndaş cəmiyyəti qərargahına rəhbərlik edib.

2012-ci ildə Gülalıyev bir qrup hüquq müdafiəçisi və keçmiş siyasi məhbusla birlikdə hüquq müdafiə təşkilatını — "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansını (SMAİA) yaradıb.[1]

2013-cü ildə Oqtay Gülalıyev Demokratik Qüvvələrin Milli Şurasından müxalifətin namizədi Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri olub.

2016-cı ildə Oqtay Gülalıyev Azərbaycanın siyasi məhbuslarının siyahısı üzərində işləyib. Onunla birlikdə siyahı üzərində xaricdə yaşayan hüquq müdafiəçisi Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov da çalışıblar.[2]

2017-ci il yanvarın 28-də O. Gülalıyev bundan öncə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyi və Siyasi Məhbusların Monitorinqi Mərkəzi tərəfindən yaradılmış işçi qrupunun bazasında yaradılan Siyasi Məhbusları Müdafiəsi Mərkəzinin (SMMM) koordinatorlarından biri olub.

  1. ""Bakıda "Siyasi Məhbuslarsız Azərbaycan"" İctimai Alyansı yaradıldı" 12.09.12". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  2. "Siyasi məhbusların yenilənmiş siyahısında 162 ad vardır"". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]