Oraq, çəkic və yazı fırçası

Oraq, çəkic və yazı fırçası fiquru

Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm[1]Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe ideologiyasının simvolu.

Kommunizmin klassik simvolu olan, proletariatıəkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır.[2]

oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı "Müstəqil mövqe" və "özünü təmin etmək"dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir.[3] Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.[4]

  1. "Komünizmin Sembolü Orak Çekicin Tarihçesi". bolsevik.org. 7 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2016.
  2. ""Hammer, Brush, & Sickle"". prism-magazine.org. 7 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2015.
  3. "Başarının adı: Kürt Juche'si". ozgur-gundem.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-20.
  4. ""Juche Felsefesi ve Kim Ailesi İktidarı"". bianet.org (türk). 17 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2015.