Orda,(rus. Орди́нская) — Rusiyanın Perm diyarında mağara. Mağara diyarın Orda kəndinin cənub-qərbində, Kunqur çayının sol sahilində yerləşir. Mağara Perm diyarının təbiət abidəsi hesab olunur[1].
Orda mağarası | |
---|---|
rus. Орди́нская | |
| |
Ümumi məlumatlar | |
Dərinliyi | 50 m |
Uzunluğu | 4600 m |
Kəşf tarixi | 1969 |
Tipi | karst |
Ətraf süxurları | gips |
Giriş sayı | 1 |
İşıqlandırma | Var |
Yerləşməsi | |
57°10′55″ şm. e. 56°53′17″ ş. u. | |
Ölkə | Rusiya |
ordacave.com | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara perm dövründə, gips və anhidrit süxurlardan formalaşmışdır. Quru və su altı hissələrdən ibarətdir. Müasir ölçmə işlərinin nəticələrinə görə mağaranın uzunluğu 4600 metrdir. 300 metrlik hissə quru, yerdə qalan hissə isə su altındadır[2]. Maksimal dərinliyi 50 metrdir. Mağaranın bir girişi var və eni 5 metr, hündürlüyü isə 2 metrdir. Giriş Kazakovski dağlarının cənub yamacındadır[2].
Mağara Kristalnıy zalı ilə başlayır, onun şimal-qərb hissəsində Buzlu göl yerləşir. Növbəti zal Buzlu saray adlanır. Bu hissədə Əsas və Buzlu göllər yerləşir. Bu göllərdən mağaranın su altı hissəsi başlayır.[2] Mağaranın əsas qaleriyaları Çelyabinsk, Krasnoyarsk, Moskva və Sverdlovsk adlanır.[3]
Orda mağarası su altı hissəsi ilə birlikdə Rusiyanın ən uzun mağarası hesab olunur.[4] Mağaranın sifonu isə MDB-də ən uzun sifon hesab olunur — 935 metr. Orda mağarası gips mənşəli mağaralar içərisində uzunluğuna görə dünyada 21-ci yerdədir[5].
Mağraya ilk rəsmi yürüşü Permdən olan speleoloq A. Samovolnikov 1993-cü ilin yanvarında həyata keçirmişdir[6]. 1993-cü ildə mağaranın su altı hissəsinin topoqrafik çəkilişilərinə başlanılmışdır[7].
Mağara Rusiyada, eləcə də, dünyada populyar dayvinq məkanlarından biri hesab olunur. Mağaranın suyu şəffaf olub temperaturu +4 °C-dir. 2002-ci ildə mağara girişinin 50 metrliyində Rusiyada ilk dayvinq bazası inşa edilmişdir[8]. Mağara suya dalmaq üçün xüsusi avadanlıqlarla və istiqamət bildirən xüsusi nişanlarla təchiz olunub[9].
Mağarada bir neçə dəfə dalğıcların ölüm halı qeydə alınıb: 2009 və 2013-cü illərdə[10][11].