Soyuqdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,5 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Gənzəçayla Kotamçayın mənbə hissəsində, Gənzə kəndindən 4,8 km şərq-şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-şərq cinahında yerləşir.[1]
Soyuqdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3147,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |