Ortaboy acılıq


Ortaboy acılıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır. Meyvələri avqusda yetişir. Toxumları qonurdur, arxa tərəfləri qabarıdır 5-6 mm uzunluqdadır. Quraqlığadavamlı, torpağa az tələbkardır. Dərman bitkisidir. Yaşıl hissələrinin tərkibində 0,5-2,2 %-ə qədər alkaloid vardır; onlardan ən mühümü psevdoefedrindir (70-95%). Xalq təbabətində revmatizm və ağciyər xəstəliklərinin müalicəsində işlədilir. Azərbaycanda Xəzər, Kür-Araz ovalığında, Naxçıvan da, aşağı dağ qurşağında bitir. Yaşıllaşdırmada, quru yamacların bərkidilməsində istifadə oluna bilər.

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]